23:02 Bazar günü 23 dərəcə isti olacaq  |     22:46 Azərbaycan bayrağı Nyu-York səmasına qaldırılıb  |     22:31 Arazdəyən-Naxçıvan dəmir yolu xəttinin bərpa edilib-edilməyəcəyinə aydınlıq gətirilib  |     22:21 Avropanın yeni sanksiya paketi Lukaşenkonu hədəfə ala bilər  |     22:13 Hidayət Heydərov çempion oldu  |     21:52 Gürcüstan mətbuatı Azərbaycanın Zəfər bayramından yazdı - FOTO  |     21:47 Ukraynada daha bir azərbaycanlı həlak oldu  |     21:35 Rusiyadan İrana yola düşən ilk yük qatarı limana çatdı  |     21:22 Hərbi paradda bir sıra ölkələrin ordu rəhbərliyi iştirak edib  |     21:00 Xankəndidə Zəfər atəşfəşanlığı  |     20:59 "Formula-1": Braziliyada sprint yarışının qalibi bəlli oldu  |     20:40 Qalmaqallı direktorun yerinə yeni təyinat  |     20:33 Vətən müharibəsində ermənilərin vurduğu PUA-mız necə geriyə QAYITDI?  |     20:26 Xocavənddə evlərin təmirinə 2,3 milyon xərclənəcək  |     20:24 Azərbaycanlı atıcıdan yeni dünya rekordu  |     19:45 Paradda nümayiş etdirilən Azərbaycan Ordusunun arsenalındakı müasir texnika (SİYAHI)  |     19:42 Bu gün Bakı Metropoliteni iş rejimini 1 saat uzadacaq  |     19:36 Romada Azərbaycan vətəndaşı itkin düşüb  |     19:12 Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb  |     19:03 Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb  |    

Kürdə batan ata və qızın yaxınları danışdılar: “Uşaq əlindən çıxıb düşüb suya...” - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı bəzi detallar məlum olub.

Baku TV-yə danışan ata və qızın yaxınları hadisənin necə baş verdiyi ilə bağlı fikirlərini bölüşüblər.

İtkin düşmüş kişinin atası Tahir Süleymanov bildirib ki, oğlunun su xoşuna gəlib, evə gələrək deyib ki, gedək orada çay qaynadaraq içək:

“Axşam saat 17:25-də oğlum mənə zəng etdi ki, qızım batdı. Ora gedib çatan zaman gördüm ki, insanlar hadisə yerinə gəliblər. Oğlum uşağı qucaqlayıb ki, batmasın. 50 metr gəldikdən sonra ikisi də batıblar”.

İtkin düşən kişinin dostu Şahin Rəsulov vurğulayıb ki, hadisə yerində olan motorxana su idarəsinə məxsus imiş:

“Atanı da idarədən göndəriblər ki, gəlib burada baxış keçirsin. O da motora baxan zaman uşaq əlindən çıxıb düşüb suya”.

Xatırladaq ki, Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanlı çayın kənarında yerləşən su motorunun ərazisində istirahət edirlərmiş. Bu zaman altı yaşlı qız suya yıxılıb. Atası qızı xilas etmək üçün onun ardınca suya tullansa da, o da batıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            723 13.04.24 20:49