Mojo.az Banner
23:00 Azərbaycanda 4 günlük iş həftəsi mümkündürmü?  |     22:49 İranda yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər ölüb  |     22:35 Bu bürclər üçün qeyri-adi günlər başlayır  |     22:26 Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)  |     22:18 İnsan saçı qalınlığındakı kristallar 454 milyon illik sirri açdı  |     22:11 ABŞ İranın 3 neft tankerini vurdu  |     22:05 Əməkdar həkim vəfat etdi  |     21:58 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     21:52 Kremldə Putinlə Uitkoff və Kuşner arasında görüş başlayıb - VİDEO  |     21:41 Yəməndə baş verən toqquşmalarda 60-dan çox insan ölüb  |     21:32 Ən qonaqpərvər BÜRCLƏR  |     21:22 İranda neft tanker partlayıb, on nəfər ölüb  |     21:15 Türkiyəli müğənni Tuğba Ekinci saxlanıldı  |     20:59 Ayfon-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu  |     20:51 Premyer Liqa: "Sabah" "Zirə"ni darmadağın etdi  |     20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |    
Left Banner
Right Banner

Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb

14.01.2025 20:07 873
Los Ancelesdə yanğınlar zamanı oğurluqla bağlı ilk ittihamlar irəli sürülüb
ABŞ-nin Kaliforniya ştatında tüğyan edən meşə yanğınları zamanı evlərdən əşyalar oğurlayan və yeni yanğınlar törədən ilk 10 caniyə qarşı ittihamlar irəli sürülüb.

Median.Az
"Report"a istinadən xəbər verir ki, bu barədə Los Ancelesin dairə prokuroru Natan Hokman keçirdiyi mətbuat konfransında bildirib.

"Biz verdiyimiz sözə əməl edirik, qanunsuz əməllərə yol verənlər tutulacaq, qanun qarşısında cavab verəcək və cəzalandırılacaqlar. Artıq 10 nəfərə qarşı ittiham irəli sürülüb, onlardan 9-u oğurluqda, 1-i isə yanğın törətməkdə ittiham olunur", - o deyib.

O, təqsirləndirilən şəxslərin adlarını çəkərək, onların ittiham olunduğu bütün cinayətlərin siyahısını təqdim edib. "Bir qrup oğru adı açıqlanmayan amerikalı ulduzun evindən "Emmi" mükafatı heykəlciyini, üç nəfərdən ibarət başqa bir qrup sənədlərlə birlikdə təxminən 200 min dollar oğurlayıb, digər qrup isə bir gündə iki evi qarət edib. Bəzi cinayətkarların daha əvvəl də məhkumluq yaşadığı nəzərə alınmaqla onları 6 ildən ömürlük həbsə qədər cəza gözləyir", - Hokman söyləyib.

Dairə prokuroru əlavə edib ki, Eskobar soyadlı şəxs 3 fərqli yerdə yanğın törətməkdə ittiham olunur, onu 9 ilə qədər həbs cəzası gözləyir. O qeyd edib ki, cinayətkarların operativ şəkildə tutulması bütün hüquq-mühafizə və xilasetmə xidmətlərinin sıx əməkdaşlığı sayəsində mümkün olub.скачать dle 11.3
Mojo.az Banner