Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:59 Azərbaycanda siqaret bahalaşa bilər - Qiymət və tarix açıqlandı | 11:57 Azərbaycanda bəzi şəxslərə 1 000 manatadək kompensasiya veriləcək | 11:56 Türkiyədə "Sözcü TV"nin mərkəzi ofisində əməliyyat: Rəhbər şəxs saxlanıldı | 11:54 Sumqayıtda bədbəxt hadisə: Ölən var | 11:53 Azərbaycan nefti kəskin ucuzlaşdı | 11:46 Mehriban Əliyeva Milli Dirçəliş Günü ilə bağlı paylaşım edib - FOTO | 11:45 "Lexus"un yeddi min avtomobili geri çağırılır | 11:42 Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı - VİDEO | 11:40 İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib - FOTO | 11:33 Rus bölməsində dövlət hesabına təhsilə etiraz edən deputat: "Özləri ödəsinlər" | 23:02 Varlı Həyatdan qadın və kişi meyiti tapıldı | 22:58 2027-ci ildə bu 5 bürcün həyatı dəyişəcək: Sevgi, böyük fürsətlər və... | 22:50 Bu şəxslərin kredit borcu silinir | 22:45 Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi | 22:42 Məşhur aparıcı “Xəzər TV”dən ayrıldı | 22:37 Kriptovalyutalar ucuzlaşır: Sərmayə qoymaq sərfəlidir? | 22:30 Mədəsi tamamilə götürülüb, əlilliyi ləğv edilib - Vətəndaşdan ŞİKAYƏT | 22:18 Bakıda təcili yardım maşınında yük daşınır - VİDEO | 22:10 1960-cı ildə proqnozlaşdırılan "qiyamət günü" gəldi | 22:05 Alimlər dünyanın ən gözəl qadın adını müəyyənləşdirdi - İllərdir populyarlığını qoruyur |
Mojo.az Avto
Mojo.az Avto

Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib

10.01.2025 15:29 3 780
Daha bir ölkədə metapnevmovirus yoluxması aşkar edilib
Rumıniyada da metapnevmovirus xəstəliyinə yoluxma aşkar edilib.

Median.Az
-ın "Bihoreanul" nəşrinə istinadla məlumatına görə, bu barədə bölgənin İctimai Səhiyyə İdarəsinin rəhbəri Kelin Sonya məlumat verib.

"Bihor bölgəsində bir xəstədə HMPV-nin (metapnevmovirus) ilk halı təsdiqlənib. Kantakuzino İnstitutunda aparılan analizlərdən sonra onun ştamı da müəyyən ediləcək", - deyə o bildirib.

Sonyanın sözlərinə görə, 67 yaşlı pasiyent ölkədən kənara səfər etməyib.

"Bununla əlaqədar bölgənin tibbi qurumları epidemioloji araşdırmaya başlayıb. Pasiyent xəstəxanaya yerləşdirilib və təcrid olunub. Onun vəziyyəti stabildir", - deyə qurumun rəhbəri əlavə edib.

Xatırladaq ki, COVID-19 pandemiyasından beş il sonra Çində yeni epidemiya - insan metapnevmovirusu (HMPV) baş qaldırıb. Bu xəstəlik zəifləmiş pasiyentlərdə pnevmoniyaya çevrilə bilir. Çindən başqa Qazaxıstanda və Qırğızıstanda da yoluxma halları barədə məlumat verilib.

Son xəbərlər