Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu

08.01.2025 13:23 1 506
Elm adamlarını şoka salan hadisə: Həkim xəstədən XƏRÇƏNGƏ yoluxdu
Tibb ictimaiyyəti Almaniyada baş vermiş nadir bir hadisədən heyrətə düşüb. Belə ki, 53 yaşlı cərrah əməliyyat zamanı xəstəsindən nadir xərçəng növü - fibroz histiositoma ilə yoluxub. Bu, xərçəng xəstəliyinin pasiyentdən həkimə ötürülməsinin sənədləşdirilmiş ilk halıdır.

Bu nadir hadisə barədə "New England Journal of Medicine" elmi jurnalında məqalə dərc olunub.

Bildirilir ki, almaniyalı cərrah yumşaq toxuma xərçəngi olan xəstəyə drenaj qoyulması zamanı əlini kəsib. Yaranın dərhal işlənməsi və sarğılanmasına baxmayaraq, beş ay sonra kəsik yerində bərkimə əmələ gəlib. Aparılan araşdırmalar göstərib ki, cərrahın şişi bədxassəli olub və genetik cəhətdən xəstənin xərçəngi ilə eyni olub.

Fibroz histiositoma - hər il təxminən 1 400 nəfərdə diaqnoz qoyulan nadir bədxassəli şiş növüdür. Alimlər qeyd edirlər ki, bu, nadir haldır, çünki immun sistemi adətən yad toxumaları rədd edir. Lakin cərrahda "qeyri-effektiv antişiş immun reaksiyası" inkişaf edib ki, bu da xəstənin şiş hüceyrələrinin yaşamasına imkan verib.

Əməliyyat olunan xəstə cərrahi müdaxilənin uğurlu keçməsinə baxmayaraq, ağırlaşmalar səbəbindən bir neçə ay sonra vəfat edib. Cərraha əməliyyat və antişiş terapiyası aparılıb ki, bu da xərçəngin yayılmasının qarşısını alıb.

Ekspertlər vurğulayırlar ki, xərçəngin tibb işçilərinə keçməsi halları son dərəcə nadirdir və dəqiq statistika yoxdur. Lakin məlumdur ki, bəzi xərçəng növlərində - məsələn, süd vəzi, ağciyər, qaraciyər və digər orqanların xərçəngində xərçəng hüceyrələri cərrahi müdaxilələr zamanı yayıla bilər. Buna görə də həkimlər əməliyyatlar zamanı bütün təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyə çağırırlar.скачать dle 11.3
Mojo.az Banner