Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Dünyada autizm halları niyə artır?

30.12.2024 21:21 852
Dünyada autizm halları niyə artır?
ABŞ-da autizm spektri pozğunluğu (ASP) diaqnozunun artması son dövrlərdə ictimaiyyətin və mütəxəssislərin diqqət mərkəzindədir. Məlumata görə, 2011-ci ildən 2022-ci ilə qədər ASP diaqnozu təxminən üç dəfə artıb. Hazırda ölkədə hər 36 uşaqdan biri autizm spektri pozğunluğu ilə mübarizə aparır. Müqayisə üçün, bu nisbət 2000-ci ildə 150-də bir idi.

AZƏRTAC "The İndependent” nəşrinə istinadla xəbər verir ki, diaqnostik prosesdə qan testləri və ya beyin MRT-si kimi birbaşa diaqnostik vasitələr mövcud olmasa da, ASP çox vaxt valideynlərin müşahidələri və psixi sağlamlıq mütəxəssislərinin qiymətləndirmələri əsasında aşkarlanır. Bu artımın səbəbləri alimlər arasında müzakirə mövzusu olaraq qalır.

Tədqiqatlar göstərir ki, ASP hallarının artması iki əsas faktora bağlıdır:

1. Diaqnostika və məlumatlılığın artması: ASP haqqında ictimai və tibbi məlumatlılıq genişləndikcə, əvvəllər nəzərdən qaçan simptomlar daha tez-tez aşkar edilir. Amerika Pediatriya Akademiyasının 2007-ci ildə 18-24 aylıq uşaqların ASP üçün müayinəsini tövsiyə etməsi diaqnozların sayına birbaşa təsir göstərib.

2. Genetik və ətraf mühit faktorları: Autizmlə əlaqəli 100-dən çox gen aşkar edilib. Bununla yanaşı, hamiləlik dövründə havanın çirklənməsi, zəhərli kimyəvi maddələrə məruz qalma, virus infeksiyaları, erkən doğuş və valideynlərin yaşı kimi ətraf mühit amillərinin də ASP riskini artırdığı ehtimal edilir.

Kembric Universitetinin Autizm Araşdırmaları Mərkəzinin direktoru Simon Baron-Kohen sosial medianın və psixi sağlamlıq xidmətlərinə çıxışın genişlənməsinin də bu rəqəmlərə təsir etdiyini vurğulayır. O qeyd edir ki, insanlar autizm spektrində olduqlarından şübhələndikdə "Reddit” kimi platformalarda müzakirələrə qoşulur və bu identifikasiyanı mənimsəyirlər.

1990-cı illərin sonlarında Andrev Vakefieldin qızılca, məxmərək və parotit (MMR) peyvəndlərinin ASP-ə səbəb olduğu ilə bağlı iddiası geniş yayılmışdı. Bu nəzəriyyə elmi tədqiqatlarla tamamilə təkzib edilsə də və "Lancet” jurnalı həmin məqaləni təkzib etsə də, bu yanlış məlumat uzun müddət müzakirələrə səbəb olub.

Araşdırmalar göstərir ki, ASP diaqnozu oğlanlarda qızlara nisbətən dörd dəfə daha çox rast gəlinir. Bununla belə, son illərdə qadınlar və qızlar arasında, eləcə də ispan, qaradərili və asiyalı uşaqlar arasında ASP diaqnozlarının artması müşahidə edilir. ASP üzrə mütəxəssis doktor Yurqen Han vurğulayır ki, müxtəlif tədqiqatlar çoxsaylı faktorlara işıq salsa da, dəqiq və yekdil bir cavab vermək hələ də çətindir. Bu sahədə tədqiqatların davam etdirilməsi və daha əhatəli nəticələrin əldə edilməsi vacibdir.скачать dle 11.3
Mojo.az Banner