Mojo.az Banner
22:59 Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur — VİDEO  |     22:52 Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?  |     22:46 Dövlətə xəyanət: 4 nəfər barəsində qərar verildi  |     22:40 Saxta balı sıradan çıxaracaq yeni sanitariya norma və qaydaları gəlir - (Video)  |     22:31 Pay torpaqları vətəndaşlardan alınacaq? - Komitə üzvündən VACİB AÇIQLAMA  |     22:26 Gecə cəmi 11 dəqiqə artıq yatmaq ürək sağlamlığı üçün nə qədər əhəmiyyətlidir?  |     22:20 Nömrə 1000 dollara, maşın pulsuz satılır  |     22:14 Dövlət qurumunda 1700 işçi çıxıb  |     22:06 Bacısının evində qonaq qaldı, 1050 manatlıq oğurluq etdi  |     22:00 Peşə təhsili müəssisələrinə tələbə qəbulu: II mərhələnin nəticələri AÇIQLANDI  |     21:53 İşdən çıxarılan sabiq direktor məktəbin sanitar qovşağını sökdürdü - VİDEO  |     21:47 Nəticələr açıqlandı: 1467 namizəd müəllim adını qazandı  |     21:40 Bakıda bəzi yollar bağlanacaq  |     21:33 Bu 3 bürcə möcüzə gəlir  |     21:27 Bakıda bu poliklinikalar TƏMİR OLUNACAQ  |     21:17 Məzuniyyət neçə gün olmalıdır? - Staja və vəzifəyə görə fərqli qaydalar  |     21:14 Bu avtomobillər 600 manatdan satışa çıxarılır  |     21:09 Biləcəri enişində yolun bağlanması prosesi gecikib - SƏBƏB  |     20:51 Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub  |     20:51 İsveçrəyə səfir təyin olunan Vaqif Sadıqov kimdir? - DOSYE  |    
Left Banner
Right Banner

Aktaudakı qəzada həlak olan pilotun anası: "Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı" - VİDEO

27.12.2024 20:43 1 020
Aktaudakı qəzada həlak olan pilotun anası:
"Bir həftə idi ki, məzuniyyətdən qayıtmışdı".

Aktau yaxınlığında qəzaya düşən "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin kapitanı Aleksandr Kalyaninovun anası oğlunun ölümü barədə AZƏRTAC-a danışıb.

Pilotun anası bildirib ki, Aleksandr məzuniyyətdən qayıtdıqdan sonra cəmi bir həftə idi ki, işə başlamışdı:

"Bir gün öncə mənə yazdı və dedi ki, onu reysə təyin ediblər. Həmişə olduğu kimi "WhatsApp" vasitəsilə uçuş və qayıdış vaxtını bildirdi. O, reyslərə təyin olunanda və ya qayıdanda həmişə mənə məlumat verirdi. "Narahat olma" deyirdi".

Pilotun anası oğlunun çox gərgin iş qrafikində çalışdığını və bu yaxınlarda ilk məzuniyyətini keçirdiyini vurğulayıb:

"O, cəmi bir il idi ki, işləyirdi və bu, onun ilk məzuniyyəti idi. Mənə zəng edib dedi ki, məzuniyyəti Avropada keçirmək istəyir. Fransanı seçmişdi. Dedim ki, əlbəttə, Saşa, sən bunu qazanmısan. Onun iş qrafiki çox sıx idi, amma işini sevirdi. Məzuniyyətdən qayıdandan cəmi bir həftə sonra bu faciə baş verdi".

Aleksandr Kalyaninov 2013-cü ildən pilot peşəsi üzrə təhsil alıb və bir il əvvəl uçuşlara başlayıb. Hər uçuşda fərqli kapitanlarla işləyirdi. Anası bildirib ki, Aleksandr işinə böyük sevgi ilə yanaşırdı, lakin onun haqqında danışmağı xoşlamırdı.

"Bu qədər gənc yaşda, belə böyük bir həvəslə işini yerinə yetirən oğlumdan ayrılmaq çox ağırdır" , - deyə pilotun anası sözlərinə əlavə edib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
скачать dle 11.3



Mojo.az Banner