Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |     19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb

19.12.2024 13:48 969
Saxta nömrədən istifadə edən sürücülük hüququ olmayan şəxs saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) YPX Alayının əməkdaşları tərəfindən saxlanılan avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Bu barədə BDYPİ-dən bildirilib.

Belə ki, Qobustan rayonu ərazisində hərəkətdə olan VAZ markalı, tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazları nasaz olduğu üçün Alayın 3-cü taqımının əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri təqdim etmədiyi üçün sürücü Mustafa Mahmudzadə barəsində aparılan araşdırma zamanı məlum olub ki, o, sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etməklə yanaşı, həm də kustar üsulla hazırlanmış saxta nömrə nişanından istifadə edib.

Qanunvericiliyin tələblərini kobud şəkildə pozan M.Mahmudzadə barəsində müvafiq protokollar tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətdən yayınmaq məqsədi güdən belə hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir və hər bir yol hərəkəti iştirakçısını hüquqazidd əməllərdən çəkinməyə çağırır.

Son xəbərlər