Mojo.az — elanlar
RU
Son Xəbərlər
20:18 Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal  |     20:12 İnfantino Bakıda keçirilən dünya çempionatının əhəmiyyətindən danışdı  |     19:56 Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldılar - DTX-dən əməliyyat  |     19:03 Məşhur türkiyəli müğənni Nev vəfat etdi  |     18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

"Müəllimi bu həddə çatdırmaq olmaz" - Ekspert

18.12.2024 18:31 972
"Bu hadisə xoşagələn hal deyil. Burada iki tərəfdən çox valideyn günahkardır. Mən birmənalı olaraq valideyni günahlandırıram".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndiyev Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülərdən danışarkən deyib.

Onun sözlərinə görə, hazırkı cəmiyyətdə bəzi valideynlər uşaqlarını başlı-başına buraxıb:

"Nəzarət etmir, təlim-tərbiyyəsi ilə məşğul deyil, ümumi təhsillə maraqlanmır və s. Nəticədə də belə xoşagəlməz hallar yaranır. Düzdür, birmənalı olaraq deyirik ki, müəllim sinifdə belə hərəkəti etməməlidir. Çünkü qanunlar istiqamətindən biz baxsaq, qəsdən sağlamlığa xəsarət yetirmək göz önünə gəlir".

Elçin Əfəndiyev əlavə edib ki, bu qanunvericiliyə əsasən ümumi hüquq pozuntusudur:

"Amma müəllim burada təmkin göstərməlidir. Bir də buradan baxaq ki, müəllim həmin andakı həddə necə gəlib çatıb. Bunu da diqqətə almaq lazımdır. Yekun olaraq heç kəs istəməz ki, məktəbdə belə hal yaşansın. Ona görə də valideynlər övladları ilə daimi söhbət aparmalıdırlar. Müəllim təhsil verəndir, tərbiyəverən isə valideyndir. Valideynlər bu məsuliyyəti öz üzərindən atmamalıdırlar".

Qeyd edək ki, sosial şəbəkələrdə Sumqayıt şəhər 38 nömrəli tam orta məktəbdə müəllimin şagirdi stulla vurmasına dair görüntülər yayılıb. Böyük müzakirəyə səbəb olan görüntü ictimai qınağa səbəb olub. "Təhsilverənlərin etik davranış qaydaları"nı pozduğuna görə müəllim barəsində intizam tənbehi tədbiri görülüb.

Son xəbərlər