Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Belarus Ukrayna üzrə sülh danışıqları masasına oturmaqda iddialıdır - XİN rəsmisindən açıqlama

16.12.2024 14:41 1 449
Belarus Ukrayna üzrə sülh danışıqları masasına oturmaqda iddialıdır - XİN rəsmisindən açıqlama
"Belarus Ukrayna üzrə sülh danışıqlarında iştirak etmək iddiasındadır, Minskin maraqları nəzərə alınmalıdır".

Median.Az
-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Belarus xarici işlər nazirinin müavini Yuri Ambrazeviç Xarici İşlər Nazirliyi yanında Xaricdəki belarusların işləri üzrə Məşvərət Şurasının 9-cu iclasında bildirib.

"Belarus tərəfi lap əvvəldən Ukraynada eskalasiyanın qarşısını almaq üçün sülhməramlı addımlar atırdı. Ona görə də əvvəldən bəyan etmişdik ki, Ukrayna üzrə sülh danışıqları başladığı zaman danışıqlar masası arxasında yerə iddialıyıq. Öz təhlükəsizliyimizə zəmanət almaq bizim üçün vacibdir. Yekun razılaşmalarda, həmçinin Belarus tərəfinin də maraqları nəzərə alınmalıdır", - deyə o qeyd edib.

Son xəbərlər