Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:36 Alyona Əliyeva Şamaxıda uşaq bağçalarının açılışından paylaşım edib - Foto  |     16:35 Aydın Mirzəzadə: "Ermənistan Azərbaycandan üzr istəməlidir"  |     16:27 Naxçıvanda həkim əsgər ölümünə görə həbs edildi  |     16:22 NVIDIA Ermənistanda: Bəs Azərbaycan? — İqtisadçılar danışdı  |     16:11 Qazaxda evdə partlayış oldu: Xəsarət alan var  |     16:08 Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu  |     15:00 57 min manat ziyan vurduğu qadınla barışdı, məhkəmə azadlığa buraxdı  |     14:56 "Qızıl top" uğrunda Keynlə Mbappe arasında mübarizə necə keçib?  |     14:54 İƏT-in Baş katibi: "Forum sülhün, təhlükəsizliyin, həmrəyliyin müzakirə olunduğu əsas platformaya çevrilib"  |     14:47 Finlandiya prezidenti: "Azərbaycanın Avropa İttifaqına üzv olmaq şansı var"  |     14:47 İlham Əliyev: "Biz beynəlxalq bazarlarda etibarlı enerji təchizatçısı kimi tanınırıq"  |     14:45 Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini təsdiqlədi  |     14:43 Prezident: "Bu gün Azərbaycan qeyri-sabit regionda sabitlik adası kimi görünür"  |     14:42 İlham Əliyev: "Bizim hər hansı bir beynəlxalq yardımımız olmayıb"  |     14:41 Prezident: "Müstəqil ölkəyə necə yaşamaq, nəyi etmək, nəyi etməmək barədə dərslər verilməli deyil"  |     14:33 Təhlükəli məhsullarla bağlı YENİLİK: Hansı mallar bazardan yığışdırılacaq?  |     13:51 Azərbaycan Prezidenti: "İkili standartlar siyasəti beynəlxalq siyasətdən tam şəkildə çıxarılmalıdır"  |     13:47 "Həzi Aslanov" - "İçərişəhər" metro xəttində birbaşa hərəkət bərpa olunub? (Yenilənib)  |     13:45 İlham Əliyev: "Azərbaycan təcrübəsi bəzi münaqişələrin aradan qaldırılmasına xidmət edə bilər"  |     13:44 Prezident Dialoq Forumunda Azərbaycanın öz torpaqlarını azad etməsindən danışıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib

13.12.2024 20:06 1 284
İzmirin Aliağa meydanında Heydər Əliyevin xatirəsi yad edilib
Türkiyədə İzmirin Aliağadakı mərasim meydanında Ümummilli Lider Heydər Əliyevin xatirəsi yad edilib.

“Report”un Türkiyə bürosunun məlumatına görə, mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov iki ölkənin həyata keçirdiyi birgə transmilli layihələrin bütün region üçün yeni imkanlar yaratdığını bildirib:

“Müasir Azərbaycan dövlətçiliyinin memarı olan Heydər Əliyev Azərbaycan və Türkiyə arasındakı möhkəm münasibətlərin təməlini qoyub. Bu gün iki ölkənin birlikdə həyata keçirdiyi transmilli layihələr yalnız Azərbaycan və Türkiyə deyil, bütün region üçün yeni imkanlar yaradır. Ümummilli lider Heydər Əliyevin anım günündə Azərbaycan və Türkiyənin Ulu öndərləri, iki dahi şəxsiyyət Heydər Əliyev və Mustafa Kamal Atatürkün büstlərinin açılışının edilməsi xüsusilə önəmli bir hadisədir”.

İzmir böyük şəhər bələdiyyəsinin sədri Cəmil Tuqay qardaş ölkələrin dəyərli şəxsiyyətlərinin büstlərinin açılışında iştirak etməkdən məmnunluğunu bildirərək Azərbaycan-Türkiyə bağlarının sarsılmazlığından söz açıb.

İzmir valisinin müavini Kamil Kötən Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq ikitərəfli münasibətlərin daim inkişaf etdiyini vurğulayıb və SOCAR Türkiyə şirkətinin fəaliyyətinin qürurverici olduğunu da dilə gətirib.

SOCAR Türkiyə şirkətinin icraçı direktoru Elçin İbadov Ulu Öndərin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında tarixi roluna toxunaraq onun uzaqgörənliyi və müdrikliyinin ikitərəfli münasibətlər üçün möhkəm təməl olduğunu qeyd edib.

Protokol çıxışlarının ardından Ümummilli lider Heydər Əliyevin və Türkiyənin banisi Mustafa Kamal Atatürkün büstlərinin açılışı olub. Abidələr önünə gül çələngi qoyulub.

Tədbir Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş fotosərginin nümayişi ilə başa çatıb.

Son xəbərlər