Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb - FOTO

13.12.2024 18:17 1 506
Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.

Leyla Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Ruanda Prezidentinə çatdırıb.

Görüşdə iki ölkə arasında əlaqələr, o cümlədən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. İkitərəfli əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayan Leyla Əliyeva Afrika ölkələrində təhsil və mədəniyyət sahələrinin inkişafı istiqamətində layihələrin, təhsil üzrə mübadilə proqramlarının həyata keçiriləcəyini, incəsənət nümunələrinin beynəlxalq layihələrdə birgə təqdimatı üzrə əməkdaşlıq ediləcəyini bildirib.

Noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıya səfər etdiyini qeyd edən Ruanda Respublikasının Prezidenti Pol Kaqame tədbirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşünü xatırladan Pol Kaqame göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, ölkəmizdən gözəl təəssüratlarla ayrıldığını deyib.

Pol Kaqame ölkəmizin, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə Ruandada həyata keçirdiyi təhsil və mədəniyyət sahəsindəki layihələrə görə təşəkkür edib. Bu günlərdə Ruandada Beynəlxalq Avtomobil Federasiyasının (FIA) Baş Assambleyasının iclasının keçirildiyini qeyd edən Pol Kaqame Azərbaycanın beynəlxalq layihələrə, o cümlədən dünya əhəmiyyətli idman yarışlarına, xüsusilə Formula 1 yarışına uğurla ev sahibliyi etdiyini vurğulayıb. Gələcəkdə "Formula-1" yarışının Ruandada da keçiriləcəyinə ümidvar olduğunu deyən Prezident Pol Kaqame bu istiqamətdə Azərbaycan Avtomobil Federasiyasının dəstəyinə böyük önəm verdiyini bildirib.

Görüşdə Ruanda Respublikasının Prezidentinə Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri - "Azərbaycan. Təbiətin sehrində" kitabı təqdim edilib.





Son xəbərlər