Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Barselona" klubunun baş məşqçisi iki oyunluq cəzalandırılıb

12.12.2024 11:54 1 374
İspaniya Futbol Federasiyasının (RFEF) İntizam Komitəsi "Barselona"nın baş məşqçisi Hans-Diter Flikə iki oyunluq cəza verib.

Təcrübəli mütəxəssis "Leqanes" və "Atletiko Madrid"ə qarşı keçiriləcək ev oyunlarında texniki zonada iştirak edə bilməyəcək.

Bu qərar Flikin La Liqanın XVI turunda "Betis"lə oyunda (2:2) hakimin qərarına etiraz etməsi səbəbindən qəbul edilib. Klub bu qərara qarşı apelyasiya şikayəti verməyi planlaşdırır.

Qeyd edək ki, "Barselona" 17 turdan sonra 38 xalla İspaniya çempionatında liderliyini davam etdirir.

Son xəbərlər