Mojo.az Banner
12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |     11:56 Azərbaycanda yasa 60 min manat xərcləndi – Din xadimindən açıqlama  |     11:40 Xəzərdə zəlzələ olub - FOTO  |     11:31 Bakıda "Formula -1"in keçiriləcəyi məkan dəyişə bilər - VİDEO  |     11:27 Azərbaycanda bu şəxslərin MAAŞ və PENSİYALARI ARTIRILIR  |     11:20 Türkiyədə məşhur iş adamının oğlu saxlanıldı  |     23:00 Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var  |     22:54 Pomidor tomatının beyin fəaliyyətinə təsiri ARAŞDIRILDI  |     22:49 “iPhone” istifadəçilərinin diqqətinə!  |     22:42 Bu bürclərin qarşısında yeni qapılar açılır  |     22:37 Cüdoçularımız dünya çempionatını 11 medalla başa vurdu  |     22:29 Şəmkirdə avtomobil qadını vuraraq öldürdü  |     22:24 Putini G20 sammitinə dəvət etdilər  |     22:18 Ərdoğan Paşinyanı qəbul etdi  |     22:09 "Kurtlar Vadisi"nin ssenaristi HƏBS EDİLDİ: 15 il əvvəlki şübhəli ölüm araşdırılır  |    
Mojo.az Avto
Mojo.az Avto

"Polkovnik üçün 50 inək saxlamadığıma görə həbs olundum" deyən fermerlə bağlı QƏRAR

06.12.2024 13:42 978
Ali Məhkəmədə Bakıda məcburi əməkdə təqsirləndirilən, ferma sahibi olan Fazil İsmayılovun barəsindəki qərardan zərərçəkmiş tərəfindən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fazil İsmayılov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayəti təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm ləğv olunub. Belə ki, onun əməlində cinayət tərkibi olmadığı qənaətinə gəlinib və bəraət verilib. Fazil İsmayılovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, dərhal məhkəmə iclas zalında həbsdən azad olunub.

İttihama görə, Fazil İsmayılov fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib, hədələyib və s.

Ona qarşı Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) və başqa maddələri ilə ittiham irəli sürülüb. Amma o, özünü təqsirli bilməyib. Deyib ki, polkovnik İbrahim Kazımovun qanunsuz istəklərinə boyun əymədiyinə görə onun sifarişi ilə cəzalandırılıb:

"Əvvəl torpaq söhbəti gedirdi. Məndən torpaq istəyirdi, vermədim. Sonra dedi ki, mənə fermada 50 danalıq yer ver. Dedim, mən heç atama nökərçilik eləməmişəm, sənin nökərinəm? 50 inəyə baxmaq bilirsən nə deməkdir? Dedi ki, "görərsən başına nə oyun açacağam". Dediyini də elədi".скачать dle 11.3
Mojo.az Banner