Mojo.az Banner
21:00 Sumqayıt-Yalama dəmir yolu xəttinin tikintisi yekun mərhələdədir  |     20:59 Azərbaycan və Türkiyənin NATO çərçivəsində əməkdaşlığı müzakirə edildi  |     20:42 Məşhur britaniyalı yazıçı vəfat edib  |     20:41 Baş Prokurorluq məlumat yaydı  |     20:34 Azərbaycan universitetlərində təhsil müddəti: Gürcüstan modeli effekt verə bilər?  |     20:30 Hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edildi  |     20:23 Azərbaycanda yaxın günlərdə amnistiya aktı imzalana bilər  |     20:18 Ukrayna cəbhədə PUA-lardan istifadə üçün yeni inanılmaz taktikalara keçib - "Forbes"dən detallar  |     20:11 Şamaxıda film kimi oğurluq: "İmperial"ın sahibinin 49 minlik qızılını apardılar  |     20:05 "İnter"in futbolçusu 1 ay oynamayacaq  |     19:56 Vardanyanın məhkəməsində sənədlər araşdırıldı  |     19:43 Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi İranda saxlanıldı  |     19:30 Ermənistan prezidenti sülh üçün əsas şərti açıqladı  |     19:20 "Çelsi"nin baş məşqçisi ən yaxşısı seçildi  |     19:09 Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərləndi  |     19:01 Albaniyada faciəli şəkildə ölən şəxs Biləsuvarda dəfn olundu  |     18:47 Astarada itkin düşən balıqçılar tapıldı  |     18:30 Bakıda marşrut avtobusunda dava, sürücü döyüldü  |     18:17 Paytaxtda sıxlıq olan küçələrin SİYAHISI  |     18:04 Yekaterinburqda Azərbaycan diasporunun sədrliyinə yeni namizəd irəli sürüldü  |    
Left Banner
Right Banner

İşçiləri fermada məcbur saxlamağa görə 7 il 6 ay həbs verilmişdi - Bəraət aldı

06.06.2024 18:59 558
İşçiləri fermada məcbur saxlamağa görə 7 il 6 ay həbs verilmişdi - Bəraət aldı
Pirşağı qəsəbəsində yerləşən fermasında işçiləri məcburi əməyə təhrik etməkdə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş Fazil İsmayılov yenidən mühakimə edilib.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmənin qanun pozuntuları aşkar etdiyi işi Bakı Apellyasiya Məhkəməsi yenidən araşdırıb.

Məlumat üçün deyək ki, F.İsmayılov iki ildən çoxdur, həbs edilib. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. İttihamda deyilirdi ki, F.İsmayılov fermada çalışan işçiləri zorla orada saxlayıb, hərəkət azadlıqlarını məhdudlaşdırıb, antisanitariya vəziyyətində yaşamağa məcbur edib. İsmayılov fermanın qapısını bağlayıb işçiləri qul kimi işlətməklə yanaşı, onların uşaqlarına qarşı zorakılıqda da təqsirləndirilirdi.

Məhkəmə istintaqı dövründə ferma sahibi özünü təqsirli bilmədiyini, vəzifəli şəxsin 50 baş inəyini fermada saxlamaqdan imtina etdiyi üçün ona tələ qurulduğunu deyib.

Buna baxmayaraq, məhkəmə onu təqsirli hesab edib. Hakim Azər Paşayevin hökmü ilə F.İsmayılov Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək) və digər maddələri ilə təqsirli bilinərək 7 il 6 ay azadlıqdan məhrum edilib. Hökm Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə qüvvədə saxlanılıb.

Qərardan verilmiş kassasiya şikayətini Ali Məhkəmə təmin edib.

Cinayət işi bu dəfə Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə araşdırılıb.

Məhkəmə müdafiə tərəfini və zərərçəkmişləri yenidən dindirib. Dəlil və sübutlar təkrar tədqiq olunub.

Prokuror hökmün dəyişdirilmədən saxlanılmasını tələb etsə də, məhkəmə ittiham tərəfinin tələbini qəbul etməyib.

Qərara əsasən, F.İsmayılovun təqsiri sübuta yetirilmədiyindən ona bəraət verilib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.скачать dle 11.3