Mojo.az Banner
23:01 Şamaxıda gecəyarısı vətəndaşın obyektini sökən şirkət kimindir? (VİDEO)  |     22:57 Zirzəmidə yıxılıb çarəsiz qalan şəxs xilas olundu (VİDEO)  |     22:51 Azərbaycanda uzunömürlülərin sayı - MARAQLI STATİSTİKA  |     22:45 Ceyhun Bayramovla Marko Rubio arasında telefon danışığı aparıldı  |     22:40 Türkiyədə iki futbol hakimi həbs olundu  |     22:31 Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO  |     22:26 Xalq artisti xəstəxanadan evə buraxıldı  |     22:20 Saturn Yerə ən yaxın mövqeyindədir: Bu gecə onu necə görmək olar?  |     22:12 Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü  |     22:08 Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvanda xəstəxanaya yerləşdirildi  |     21:51 Bakıda torpağın qiyməti kəskin artdı - Ən çox bu rayonda bahalaşıb  |     21:50 "Azəriqaz"ın adından 10 min manatlıq dələduzluq  |     21:46 Azərbaycanda uşaqların gözü qarşısında qadını bağçanın həyətində vəhşicəsinə bıçaqladılar - Hadisə baş verən ərazidən görüntülər  |     21:44 Məşhur türk aktrisası vəfat etdi  |     21:37 Avtomobil sürmək üçün etibarnamə tələbi niyə təkmilləşdirilmir? (VİDEO)  |     21:34 Məşhur biznesmeni ailəsi ilə hədələyiblər - 20 milyonluq şantaj işində yeni adlar  |     21:19 Tünd çörək həmişə çovdar çörəyi deyil: Seçim zamanı səhvə yol verməyin  |     21:18 ANS-in keçmiş işçisi bu televiziyaya direktor təyin olundu  |     21:08 "Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi  |     21:07 Bakıda məktəbli sinif yoldaşını qətlə yetirdi  |    
Mojo.az Avto
Mojo.az Avto

107 minə görə həbs edilən ər-arvad bəraət aldı

07.05.2024 21:04 1 059
107 minə görə həbs edilən ər-arvad bəraət aldı
Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın məhkəmə prosesi tamamlanıb.

"Qafqazinfo”nun məlumatına görə, 5 nəfərə ümumilikdə 107 min manat ziyan vurmaqda ittiham olunan ər-arvad özlərini təqsirli bilmir. Bakı Apellyasiya Məhkəməsində müttəhimlər əsassız olaraq həbs edildiklərini deyərək bəraətlərini tələb ediblər.

Məlumat üçün deyək ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 1 il əvvəl elan edilmiş hökmə əsasən, A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 5 il azadlıqdan məhrum edilmişdi.

Yuxarı instansiya məhkəməsi bütün dəlil və sübutları tədqiq etdikdən, tərəflərin çıxışlarını dinlədikdən sonra birinci instansiya məhkəməsinin hökmünü ləğv edib.

Ziya Şirinovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, hökmdə iş üçün əhəmiyyət kəsb edən bütün hallar sübuta yetirilməyib. Qərara əsasən, A.Abdullayev və L.Abdullayevaya bəraət verilib. Ər-arvad məhkəmə zalından birlikdə azadlığa buraxılıblar.

Qeyd edək ki, cütlüyün 4 övladı var.скачать dle 11.3
Mojo.az Banner