Mojo.az Banner
19:37 Gədəbəydə güllələnmiş meyit tapıldı  |     19:24 Müdafiə Nazirliyi çağırışçılara müraciət etdi  |     19:15 Yardımlıda 8 kq narkotik vasitə aşkarlandı - VİDEO  |     19:10 1200 yaşı olan qəbiristanlığı dağıtdılar - VİDEO  |     19:03 Məşhur bloqer yol qəzasında öldü  |     18:59 ABŞ-də dövlət istiqrazlarının gəlirliliyi son 20 ildə ən yüksək həddə çatıb  |     18:57 Sabah 35° isti olacaq  |     18:46 Sinifdə elektron siqaret çəkənlər bu məktəbin şagirdləri imiş - VİDEO (YENİLƏNİB)  |     18:38 Paytaxtın hazırda hansı küçələrində sıxlıq var?  |     18:35 Yardımlı İcra Hakimiyyətində əməliyyat: HƏBS OLUNANLAR VAR  |     17:59 Ukraynada gərginlik: Ali Rada baş prokuroru vəzifədən azad etdi  |     17:57 Xırdalanda qumbara partladı, 19 yaşlı qız öldü - VİDEO  |     16:52 Qızla birlikdə Naxçıvandan Bakıya qaçmaq istəyən tələbə aeroportda tutuldu  |     16:35 Müğənni Afət Fərmanqızı növbəti dəfə məhkəməyə verildi  |     16:04 KASKO seçərkən bu səhvi etməyin: Sonradan peşman ola bilərsiniz  |     15:50 Azərbaycandan Ermənistana ixracın həcmi AÇIQLANDI  |     15:32 Reper Navai yenidən məhkəməyə veridi  |     15:27 İnterneti kəsilənlərin NƏRƏZİNƏ - Pulunuzu geri ala bilərsiniz  |     15:16 Prokurorluq İlkini toyda öldürən şəxsə verilən cəzaya etiraz etdi  |     14:26 Məktəblər açıldı, taksi qiymətləri yüksəldi: Səhər saatlarında nə qədər bahalaşma oldu?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda 24 yaşlı oğlan toyda insanların gözü qarşısında öldürüldü

05.12.2024 12:03 2 133
Azərbaycanda 24 yaşlı oğlan toyda insanların gözü qarşısında öldürüldü
İyunun 10-da 2000-ci il təvəllüdlü Elmir Habil oğlu Abışovun bıçaqlanaraq öldürülməsinin təfərrüatı məlum olub.

Median.Az
Publika.az-a istinadən xəbər verir ki, hadisə Yevlaxdakı "Aytən" şadlıq sarayında qonaqların gözü qarşısında baş verib.

2004-cü il təvəllüdlü Tahir Ceyhun oğlu Abdullayev toyda oynayan E.Abışova qəfil yaxınlaşaraq bıçaqla ona zərbə endirib. Ağır xəsarət alan Elmir vəfat edib.

Araşdırmalar zamanı məlum olub ki, hadisənin baş verdiyi gün Tahirin əmisi oğlunun toyu olub. Toyda onların qonşusu Elmir də iştirak edib. Tahir əvvəllər Elmirin bacısı ilə sevgi münasibətinin olmasından şübhələnib və sərxoş halda bıçaqla ona hücum edib. O, Elmirin diqqətinin toyda oynayan şəxslərə yönəlməsindən istifadə edərək qəfil yaxınlaşaraq zərbə endirib.

Həmçinin məlum olub ki, 2021-ci ildə də Tahir Abdullayev Elmirin qoluna bıçaqla xəsarət yetiribmiş. Lakin həmin vaxt 17 yaşlı Tahir barəsində cinayət işi açılmayıb və o, məsuliyyətdən kənar qalıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.2 (Xuliqanlıq zəminində adam öldürmə), 120.2.4 (Xüsusi amansızlıqla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq) maddəsi ilə iş açılıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə Tahir Abdullayev 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.скачать dle 11.3
Mojo.az Banner