Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab

04.12.2024 20:51 1 224
Venerada Yerdəki kimi həyat mövcud olub? - Alimlərdən cavab
Yerdəki kimi həyat Venera planetində heç vaxt mövcud olmayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" qəzeti Kembric Universitetinin araşdırmasına istinadən yazıb.

Alimlərin fikrincə, planetin atmosferinin təhlili Veneranın daxili hissəsinin quru olduğunu göstərib. Tədqiqat qeyd edir ki, bu, onun heç vaxt Yerdə olduğu kimi ənənəvi olaraq həyatın yaranması üçün zəruri hesab edilən maye su okeanlarının olmadığını göstərir.

"Bu, istənilən həyatı tamamilə istisna etmir. Amma Yer kürəsinə bənzər həyatın mövcudluğunu istisna edir", deyə tədqiqatın müəlliflərindən biri olan Tereza Konstantinu bildirib.

Bu sualın həlli astronomlara günəş sistemindən kənarda yaşamaq üçün əlverişli planetlər axtarışlarını daraltmağa kömək edə bilər.

Sentyabr ayında Çikaqo Universitetindən olan amerikalı astrobioloqların Veneranın sərt şəraitində mövcud ola biləcək və həyatın yaranmasına töhfə verə biləcək bir sıra üzvi molekullar kəşf etdikləri barədə məlumat verilmişdi. Onların tədqiqatının nəticələri göstərib ki, bəzi lipidlər yalnız sulfat turşusunda həll olunmur, həm də aqressiv mühitdə strukturlar əmələ gətirir.скачать dle 11.3
Mojo.az Banner