Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var

04.12.2024 15:30 1 221
Bakıda 33 min manatdan çox dələduzluq edilib, saxlanılanlar var
Paytaxtın Nərimanov, Xəzər, Nəsimi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 5 nəfər - 37 yaşlı P.Rzayev, 45 yaşlı F.Gülmirzəzadə, 55 yaşlı Ə.Nəcəfov və əvvəllər məhkum olunmuş 25 yaşlı F.Əhmədov, eləcə də 51 yaşlı R.Rəhimov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, onların 6 nəfərin ümumilikdə 33 980 manat pulunu və 2 000 manat dəyərində mobil telefonunu dələduzluq yolu ilə ələ keçirmələri müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Son xəbərlər