Mojo.az Banner
19:23 888 mindən çox adam sosial müavinət və təqaüd alıb  |     19:15 Cinayətdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     19:09 Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi  |     19:00 Suriyada beynəlxalq narkotik şəbəkəsi zərərsizləşdirildi  |     18:55 Rasim İldırımzadə məhkəmə zalında həbs edildi  |     18:54 Azərbaycan əhalisi ən çox nəyə pul xərcləyir? - STATİSTİKA  |     18:53 Azərbaycanda vəzifəli şəxs cərimələndi  |     18:13 Bakıda qadın kişini küçədə döydü - Polis hərəkətə keçdi - VİDEO  |     17:57 Şəki sakininin keçmiş qayınanası və arvadını öldürməsinin SƏBƏBİ - DƏHŞƏTLİ TƏFƏRRÜAT  |     17:29 Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ  |     17:21 Azay Möhnətovla bağlı qalmaqal davam edir: Zərərçəkmişin kompensasiyası ödənilmir  |     17:17 Prokurorluq Baş Gömrük İdarəsində niyə əməliyyat keçirdi? - DETALLAR  |     16:48 Bəzi rayonlara dolu düşəcək  |     16:37 Şavkat Mirziyoyev Əli Əsədovu qəbul edib  |     16:29 Bakıda ƏMƏLİYYAT: Yetkinlik yaşına çatmayan qızla 29 yaşlı oğlan saxlanıldılar - VİDEO  |     16:17 Tovuz sakini çayda batdı  |     15:49 Rusiya ordusu Ukraynada bir məntəqəni nəzarətə götürüb  |     15:21 "Gecə içkili gəlib dedi ki, sizi baltalayacağam" - Qusardakı dəhşətli qətlin TƏFƏRRÜATI  |     15:15 Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN  |     14:41 Bakıda usta iş yerində öldü  |    
Left Banner
Right Banner

ABŞ-nin Azərbaycandakı səfiri diplomatik xidmətindən İSTEFA VERDİ

03.12.2024 13:02 1 410
ABŞ-nin Azərbaycandakı səfiri diplomatik xidmətindən İSTEFA VERDİ
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səhhəti ilə əlaqədar diplomatik xidmətindən istefa verib.

Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

"ABŞ diplomatik xidmətindən istefamı ürək ağrısı ilə bəyan edirəm. 2023-cü ildə ABŞ Senatı qarşısında dinləməmdə qeyd etdiyim sağlamlıq qayğıları, təəssüf ki, davam edib. Bakıya gəldiyim vaxtdan etibarən xüsusilə minnətdar olduğum Mərkəzi Klinikadakı diaqnostik radiologiya komandasının qayğısı da daxil olmaqla, əla tibbi xidmətdən faydalanmışam. Lakin son test nəticələri göstərir ki, tamamilə öz sağlamlığım üzərində diqqət cəmləmək üçün evə qayıtmaq vaxtıdır. Buna görə də mən bu son dərəcə məşğul, lakin son dərəcə uğurlu 2024-cü təqvim ilini başa vurduqdan sonra istefaya çıxacağam. Uğurlu 2025-ci ilə qədəm qoymaq və xərçəng barədə məlumatlandırmanı artırmaq məqsədilə qalan bir neçə həftəni Azərbaycanda keçirmək niyyətindəyəm", - diplomatın bəyanatında qeyd olunub.

M.Libbi Bakıdakı səlahiyyət müddəti ərzində üzləşdiyi hadisələr barədə də fikirlərini bölüşüb:

"Səlahiyyət müddətim ərzində ABŞ Səfirlik komandasının və mənim gördüyümüz işlərlə inanılmaz qürur duyuram. Biz ingilis dili proqramlarına sponsorluq etməklə, ABŞ-də təhsil alan azərbaycanlıların sayını xeyli artırmaqla, habelə, geniş səpkili ABŞ alimlərinin, idmançılarının və mədəni təmsilçilərinin Azərbaycana səfərlərinə dəstək verməklə xalqlar arasında güclü əlaqələr qurmuşuq. Biz iqtisadi, ələlxüsus, ənənəvi enerjidən bərpa oluna bilən enerjiyə keçid sahəsində daha dərin əməkdaşlıq qurmuşuq. COP29-da uğurlu nəticə əldə etmək üçün bizim sıx əməkdaşlığımız göstərib ki, biz diqqətimizi cəmləşdirdikdə Birləşmiş Ştatlar və Azərbaycan hökumətləri dünyanı daha yaxşıya doğru dəyişmək üçün birgə işləyə bilərlər".скачать dle 11.3
Mojo.az Banner