Mojo.az Banner
13:58 Qonşusunu bıçaqla ürəyindən vuran şəxsə AĞIR CƏZA  |     13:52 İrandan Azərbaycana 111 kiloqram narkotiki keçirmək istədilər  |     13:45 Dövlət agentliyində YENİ TƏYİNATLAR  |     13:40 Suraxanıda ƏMƏLİYYAT: 32 kiloqram narkotik vasitə aşkarlandı - VİDEO  |     13:32 Bütün sosial ödənişlər nə vaxt yekunlaşacaq?  |     13:28 Bakıda mənzillər sürətlə bahalaşır: SON VƏZİYYƏT - VİDEO  |     13:22 Azərbaycan nefti KƏSKİN BAHALAŞDI  |     13:15 Mütəxəssis payız aylarında ağcaqanadların çoxalma səbəblərini izah etdi  |     13:10 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli HƏYATI - VİDEO  |     13:04 Beş il sonra nə baş verəcək? - Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ  |     12:59 İtaliya parlamenti 40 ildən sonra nüvə enerjisinə icazə verdi  |     12:53 İranda müəmmalı PARTLAYIŞLAR: Təkanlar hiss olundu  |     12:47 "Liverpul"un sabiq sahibi VƏFAT ETDİ  |     12:47 "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib  |     12:40 Şəmkirdə avtomobil qadını vuraraq öldürüb  |     12:36 Göyçayda 12 yaşlı uşağın hərəkəti hamı tərəfindən maraqla qarşılanır - VİDEO  |     12:31 Türkiyədə güclü zəlzələ oldu - FOTO  |     12:22 Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq  |     12:04 Bakı Metropolitenində İŞ SAATI dəyişdirilir  |     12:00 Yoxlamalara dair YENİ QADAĞA  |    
Mojo.az Avto
Mojo.az Avto

Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək

30.11.2024 15:45 2 130
Netanyahu SAXAL-ın Baş Qərargah rəisini tezliklə istefaya göndərəcək
İsrailin baş naziri Benyamin Netanyahu Livanla 60 günlük atəşkəs başa çatana qədər İsrail Müdafiə Ordusunun (SAXAL) Baş Qərargah rəisi Herzi Halevini tutduğu vəzifədən azad etməyi planlaşdırır.

Bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Mənbənin yazdığına görə, Baş Qərargah rəisi vəzifəsindən getməklə 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının silahlılarının İsrailə hücumu zamanı hərbi rəhbərliyin səhvlərinə görə məsuliyyəti öz üzərinə götürəcək.

Qeyd olunur ki, qərarı İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katz da dəstəkləyib.

Məlumat üçün əlavə edək ki, İsrail və Livan arasında atəşkəs razılaşması ABŞ və Fransanın təşəbbüsü ilə noyabrın 27-dən qüvvəyə minib. Sənəd Birləşmiş Millətlər Təşkilatının (BMT) Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) dəstəyi ilə Livan ordusunun ölkənin cənub sərhədi boyunca yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, İsrail tədricən (60 günə qədər müddət ərzində) qoşunlarını Livanın cənubundan çıxaracaq.скачать dle 11.3
Mojo.az Banner