Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub

29.11.2024 20:37 1 395
Qərbi Azərbaycan İcması Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub
Qərbi Azərbaycan İcması 2024-cü il 28 -29 noyabr tarixlərində Cenevrədə keçirilən BMT-nin “Azlıqların Məsələləri üzrə Forumu”nun XVII sessiyasında təmsil olunub.

Apa xəbər verir ki, icmanın Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini, Milli Məclisin deputatı Şahin İsmayılov tədbirdə iştirak və çıxış edib.
Şahin İsmayılov çıxışında Qərbi azərbaycanlıların Ermənistandan qovulduğunu və nəticədə bu ölkənin tamamilə mono-etnik dövlətə çevrildiyini qeyd edib. Millət vəkili vurğulayıb ki, İcma soydaşlarımızın Ermənistandakı öz dədə-baba yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışının beynəlxalq hüquq çərçivəsində təmin edilməsinə xidmət edən Qayıdış Konsepsiyasını qəbul etmişdir və BMT-nin Qərbi azərbaycanlıların qayıdışının və onların hüquq və təhlükəsizliyinin tam şəkildə qorunmasının təmin edilməsində fəal rol oynaması vacibdir.

Ş.İsmayılov Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışının təmin edilməsi məsələsinin BMT-nin insan haqları gündəliyində mühüm yer tutmalı olduğunu da vurğulayıb.

Qeyd edək ki, BMT-nin İnsan Hüquqları Şurasının 2007-ci ildə qəbul etdiyi qətnamə əsasında hər il keçirilən bu forum milli, etnik, dini və linqvistik azlıqlara dair məsələlər üzrə dialoq və əməkdaşlığın təşviq olunması məqsədi daşıyır. Qərbi Azərbaycan İcması artıq 2-ci ildir ki, BMT-nin bu nüfuzlu forumunda iştirak edir. İcma qayıdış məsələsinin beynəlxalq müstəvidə irəlilədilməsi sahəsində fəaliyyətini davam etdirəcəkdir.скачать dle 11.3
Mojo.az Banner