Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Uşaqlarla bağlı bu qanunda dəyişiklik edilir

29.11.2024 14:59 1 536
Uşaqlarla bağlı bu qanunda dəyişiklik edilir
Milli Məclis "Uşaq hüquqları haqqında” qanuna təklif edilən dəyişiklik layihəsini üçüncü oxunuşda təsdiqləyib.

"Report” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılan dəyişiklik layihəsinə əsasən, dövlət və qeyri-dövlət uşaq müəssisələrində xidmətlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xidmətin keyfiyyətinə dair tələblərə uyğunlaşdırılır.

Qeyd olunub ki, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Layihə "Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamının icrasının təmin edilməsi məqsədi ilə hazırlanıb.

Layihədə qeyd edilən tələblər müəssisələrdə xidmətlərin təşkili, yaşayış şəraiti, qidalanma, sağlamlığın mühafizəsi, təlim-tərbiyə və asudə vaxtın təşkili sahələrini əhatə edir. Hazırlanmış tələblərin uşaq müəssisələrində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli, 626 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən keçirilən monitorinqlərdə istifadə edilməsi nəzərdə tutulur.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.скачать dle 11.3
Mojo.az Banner