Mojo.az Banner
SON DƏQİQƏ
13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |     12:05 Azərbaycandan Ermənistana ixrac olunan məhsulların dəyəri açıqlanıb  |     11:59 Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - Video  |     11:53 Bakıda iki avtomobil toqquşdu: Piyada öldü  |     11:37 Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi  |     11:30 Toy və banket zamanı gözlənilməz xərcdən necə yayınaq? - Video  |     11:29 "Flydubai"nin kapitanı əlində balta olan ikinci pilotdan necə müdafiə olunduğunu danışıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına səlahiyyətlər verilib

01.05.2025 12:33 1 101
Uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına səlahiyyətlər verilib
Ailə Məcəlləsində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

Sözügedən məsələ parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsində, Mülki Məcəllədə, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında", "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" və "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanunlarında təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, bu məcəllədə nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

Bundan əlavə Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən, bu məcəllənin 36.1-ci və 36.2-ci maddələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının icazəsi ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə ediləcək.

Bununla yanaşı "Uşaq hüquqları haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

Bu maddənin ikinci hissəsində nəzərdə tutulan qəyyumluq orqanlarının razılığı və ya göstərişi ilə əlaqədar həmin orqanların qərarları EHİS vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

Həmçinin "Yol hərəkəti haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək və həmin qərarlar bu qanunun 27-ci maddəsinin VI-II hissəsinə uyğun olaraq əldə ediləcək.

"Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək. Bu qanunun 5-ci maddəsinin yeddinci hissəsində və 7-ci maddəsinin altıncı və yeddinci hissələrində nəzərdə tutulan qəyyumluq və himayəçilik orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemindən əldə ediləcək. Belə sənədin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onun təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) tələb olunacaq və ya ərizəçi tərəfindən təmin ediləcək.

"Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, qəyyumluq və himayə orqanları bu qanunun 14.1-ci maddəsində nəzərdə tutulan məsələlərlə əlaqədar qəbul edilmiş qərarlarını bir iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edəcəklər.

Bununla yanaşı "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" qanuna təklif edilən dəyişikliyə əsasən, bu qanunun 10.1-ci maddəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil ediləcək.

Məlumat üçün bildirək ki, dəyişiklik təklif olunan qanunlarda uşaq hüquqlarının qorunması məqsədilə qəyyumluq və himayə orqanlarına bir sıra səlahiyyətlər verilib. Bu səlahiyyətlər çərçivəsində qəyyumluq və himayə orqanı uşaq maraqlarının, o cümlədən üzərində qəyyumluq və himayə təyin edilmiş uşaqların əmlak və digər hüquqlarının qorunması məqsədilə qərarlar qəbul edəcək. Təklif olunan dəyişikliklər qəyyumluq və himayəçilik orqanlarının razılığı (icazəsi) ilə əlaqədar həmin orqanların qərarlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilməsi və həmin sistem vasitəsilə əldə edilməsi məqsədilə hazırlanıb və bu sahədə fəaliyyətin elektron informasiya sistemi üzərindən daha operativ həyata keçirilməsinə yönəlib.

Beləliklə, qanunda qəyyumluq və himayəçilik orqanlarının razılığının (icazəsinin) verilməsi nəzərdə tutulduqda, bununla bağlı həmin orqan qərarlar qəbul edir və bu qərarı bir iş günü ərzində EHİS-ə daxil edilir. Nəticədə, dövlət xidmətlərinin göstərilməsi zamanı digər dövlət qurumlarının həmin qərarları EHİS vasitəsilə əldə etmək imkanı yaranır.

Bu xüsusda dövlət xidmətlərinin göstərilməsi zamanı qəyyumluq və himayəçilik orqanlarının qərarlarının vətəndaşlardan tələb edilmədən informasiya sistemindən operativ qaydada əldə edilməsi əhaliyə göstərilən dövlət xidmətlərinin təkmilləşdirilməsinə, vətəndaşların həmin xidmətlərdən operativ və rahat formada istifadəsinə şərait yaradacaq.

Məsələ səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
//oxu.azскачать dle 11.3

Son xəbərlər