Mojo.az Banner
23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |     22:33 Paşinyanla Makronun görüşü başlayıb  |     22:28 Azərbaycanda veteran jurnalist vəfat etdi - FOTO  |     22:21 “Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru  |     22:10 DİN-in mopedlərlə bağlı yeni vəzifəsi müəyyənləşdi  |     22:03 Gömrükdən avtomobil və malların keçirilməsi qaydası dəyişdi  |     21:58 İki teatr BŞİH-dın alındı, Mədəniyyət Nazirliyinin tabeliyinə verildi  |     21:51 Rusiyada Azərbaycan və Türkiyədən idxal olunan narlar satışa çıxarılıb  |     21:46 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:39 Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR  |     21:34 Tanışını Rusiyadan Bakıya dəvət edib öldürən şəxsə HÖKM OXUNDU  |     21:26 Azərbaycana idxal edilən alkoqollu içkilər üçün GÖMRÜK RÜSUMU dəyişdi  |     21:20 "Hər yer alov içində idi, özümü ikinci mərtəbədən atdım, ayaqlarım sındı" - Kafeni qəsdən yandıran şəxsin MƏHKƏMƏSİ  |     21:12 Könül Vəlibəyli və daha iki nəfərin öldüyü yanğınla bağlı ittiham aktı ELAN EDİLİB  |     21:07 Avropada qaz bahalaşır: Son dörd ilin REKORDU  |     21:00 Qəbiristanlığa getdi, qarət olundu  |    
Left Banner
Right Banner

"Ucuzluq Univermağ"a 70 min "atıb" "TikTok"da xərclədi

28.11.2024 21:26 1 005
Bakıda və bölgələrdə fəaliyyət göstərən "Ucuzluq Univermaq” mağazalar şəbəkəsinin əməkdaşı 2000-ci il təvəllüdlü Nicat Abbasov həbs edilib.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, N.Abbasovun işlədiyi şirkətə məxsus 70 min manata yaxın pulu mənimsəməsi məlum olub. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham elan edilib.

Bildirilib ki, Nicat 2021-ci ilin sonunda "Ucuzluq Univermaq” mağazalar şəbəkəsinə işə qəbul olunub. Onun vəzifəsi operator olsa da, mühasibatlıqda işləməyə başlayıb. İşi isə mal aldıqları firma və fərdi sahibkarlara, təchizatçılara ödəniş etməkdən ibarət olub.

Belə ki, Bakı şəhəri üzrə "Ucuzluq Univermaq” adlı mağazalarda malların satışından əldə olunan pulların hamısı bir yerə cəmləşib. Həmin məbləğin müəyyən hissəsi təchizatçının özünə nağd şəkildə verilib. Bir hissəsini isə mühasib nağd olaraq Nicata verib, təchizatçıların müxtəlif banklara aid kartlarının şəkillərini ona göndərib və hansı karta nə qədər pul köçürmək lazım olduğunu bildirib, ayrılan pulları köçürməyi ona tapşırıb. Nicat isə hissə-hissə olmaqla həmin pullardan 70 min manata yaxınını özündə saxlayıb. O, TikTokda jetonlar alaraq, müxtəlif tiktokerlərə 200-300 manat dəyərində hədiyyələr göndərib.

Nəticədə mağazaların sahibi, iş adamı Oruc Quluyevə külli miqdarda ziyan dəyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 22 noyabr tarixli hökmü ilə Nicat Abbasova 6 il həbs cəzası verilib.скачать dle 11.3
Mojo.az Banner