Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib

27.11.2024 21:25 927
Tokayev və Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığı dərinləşdirmək barədə razılığa gəlib
Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev ilə Vladimir Putin yeni dünya nizamı şəraitində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair birgə bəyanat imzalayıblar.

"Report"un Qazaxıstan bürosunun məlumatına görə, iki ölkə liderləri Astanada keçirilən danışıqların yekunu üzrə bəyanat imzalayıblar.
Putin mətbuata açıqlamasında qeyd edib ki, bu gün Rusiyanın Qazaxıstan iqtisadiyyatına yatırdığı investisiyaların həcmi təxminən 13 milyard ABŞ dolları həcmindədir.
“Qazaxıstanda Rusiyanın iştirakı ilə 23 mindən çox müəssisə var. Ölkələrimizdən olan şirkətlər sənaye kooperasiyası və yüksək texnologiyalar sahəsində bir sıra birgə iri layihələr həyata keçirir, tam sənaye dövrünün yeni istehsal müəssisələrinin yaradılmasına töhfəsini verir ki, bu da Rusiya və Qazaxıstan iqtisadiyyatlarının hərtərəfli modernləşdirilməsinə və texnoloji suverenliyinin möhkəmləndirilməsinə yardım edir”, - Putin bildirib.
O, həmçinin neft-qaz sahəsində əməkdaşlığa da toxunub.
Eyni zamanda, Putin Rusiyanın Qazaxıstan ərazisi ilə Özbəkistana qaz nəqlini artıracağını vurğulayıb.
Rusiya lideri əlavə edib ki, Moskva və Astana “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qazaxıstan ərazisindən keçən şərq qolunun genişləndirilməsi və Rusiyanın “Soyuz-5” daşıyıcı raketindən istifadə etməklə Baykonur kosmodromunda “Bayterek” kosmik raket kompleksinin yaradılması üzərində işləyir.
Tokayev öz növbəsində qeyd edib ki, Qazaxıstan ilk dəfə Rusiyanın ən böyük beş ticarət tərəfdaşı sırasına daxil olub, ticarət dövriyyəsi 30 milyard dolları keçə bilər.
Qazaxıstan Prezidenti Rusiyanın Qazaxıstanın Aktau şəhərində baş konsulluğunun açılacağını da vurğulayıb.
Danışıqlar nəticəsində tərəflər arasında təhsil, səhiyyə, dəmir yolu infrastrukturunun inkişafı, neft və neft məhsullarının tədarükü və digər sahələr üzrə 20 saziş imzalanıb.

Son xəbərlər