Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Rusiya və Qazaxıstan prezidentləri əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar

09.11.2023 19:21 2 073
Rusiya və Qazaxıstan prezidentləri əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar
Rusiya və Qazaxıstan prezidentləri Vladimir Putin və Kasım-Jomart Tokayev Astanada keçirilən danışıqların yekunu üzrə birgə bəyanat, həmçinin 2024-2026-cı illər üçün əməkdaşlıq üzrə fəaliyyət planı imzalayıblar.

Birgə bəyanat ölkələr arasında mehriban qonşuluq və müttəfiqlik haqqında sazişin imzalanmasının 10-cu ildönümünə həsr olunub.

Tərəflər bədən tərbiyəsi və idman sahəsində, Rusiya Gömrük Xidməti ilə Qazaxıstan Maliyyə Nazirliyinin Dövlət Gəlirləri Komitəsinin qarşılıqlı fəaliyyəti üzrə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

Eyni zamanda, Qazaxıstanda bir neçə istilik elektrik stansiyasının tikintisi üzrə ölkələrin energetika nazirlikləri arasında əməkdaşlıq memorandumları da imzalanıb.скачать dle 11.3

Son xəbərlər