Mojo.az Banner
20:01 Gələn həftə deputatların tətili başa çatır  |     19:54 M1 nömrəli ekspres avtobuslara ikinci validator quraşdırılır  |     19:49 İntihar etdiyi deyilirdi - Arvadı öldürübmüş  |     19:42 Sabah 40 dərəcəyədək isti olacaq  |     19:37 Taksi sürücüləri üçün imtahana qeydiyyat başlanır - Bu tarixdən  |     19:30 Sabah bütün sosial ödənişlər yekunlaşacaq  |     19:24 Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO  |     19:15 Gürcüstanda sərhədi keçmək istəyən TIR-lar üçün yeni qayda  |     19:10 Bu məhsulları dondurucuda saxlamayın  |     19:03 Cəlilabadda ziyarətgahı qazdılar, sümüklər çıxdı - Polis araşdırmaya başladı  |     18:50 Birinci sinfə qəbul: Müraciətlərin sayı bəlli oldu  |     18:36 Universitetlərə ixtisas seçiminin nəticələri açıqlandı  |     18:31 Ağstafada "TikTok" üçün video çəkərkən elektrik vuran yeniyetmə ÖLDÜ  |     18:29 Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?  |     18:27 Hikmət Hacıyev Ukraynanın III dərəcəli "Xidmətlərə görə" ordeni ilə təltif edildi  |     18:21 Ağdamda açıq sahədə YANĞIN BAŞLAYIB  |     18:03 Bakıda üç uşağına aliment verməyən ata HƏBS EDİLDİ  |     17:46 Xaçmazda kişi qızının sevgilisini küçədə döydü  |     17:33 Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO  |     17:23 Bir litr süd 15 qəpiyə satılır? - Fermerdən açıqlama  |    
Left Banner
Right Banner

Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb

25.11.2024 19:15 2 241
Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb
20 dollar nominal dəyəri olan və “ikiqat qartal” kimi tanınan nadir qızıl sikkə Cənubi Kaliforniyada keçirilmiş hərracda alıcı komissiyası daxil olmaqla 1,44 milyon dollara satılıb.

Bu barədə “Associated Press” (AP) məlumat yayıb.

Nevada ştatının Karson-Siti şəhərində 1870-ci ildə zərb edilmiş sikkə “Stack's Bowers Galleries” hərrac evinin ekspertlərinin bildirdiyinə görə, ilkin 3 789 ədəddən qalan cəmi 40-50 nüsxədən biridir.

Bernard Riçardsın kolleksiyasına aid olan sikkənin alıcısı anonim qalmağı üstün tutub. “Professional Coin Grading Service” tərəfindən öz növündə ən yaxşı hesab edilən bu sikkənin qiyməti gözlənilən 2 milyon dollar həddini keçməyib.

Sikkə tarixi üzrə ekspert Con Kralyeviçin sözlərinə görə, COVID-19 pandemiyası dövründə kolleksiya sikkələrinə maraq önəmli dərəcədə artıb. O əlavə edib ki, bu sikkə təxminən 30 illik müəyyənsizlikdən sonra “kölgədən çıxıb” və kolleksionerlər arasında ajiotaj yaradıb.

Agentlik xatırladıb ki, sonuncu dəfə bu sikkə 1986-cı ildə cəmi 23 100 dollara satılmışdı. Sikkənin dəyəri onun qızıl ekvivalentindən xeyli yüksəkdir: bir unsiyadan az olan qızılın dəyəri cəmi 2 600 dollar təşkil edir.

Qeyd edək ki, 20 dollar nominal dəyəri olan sikkənin “ikiqat qartal” (Double Eagle) adı almasının səbəbi onun buraxılışından əvvəl ABŞ-də ən böyük qızıl sikkənin 10 dollar nominal dəyəri olan “qartal” (Eagle) adlanmasıdır. 1849-cu il Kaliforniya Qızıl Hərisliyindən sonra tətbiq edilən yeni nominal dəyər iki dəfə artıq olub, buna görə də “ikiqat qartal” adını alıb.скачать dle 11.3
Mojo.az Banner