Mojo.az Banner
12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |     22:50 Putin bu ölkənin vətəndaşlarına vizasız rejim tətbiq edəcək  |     22:45 Lionel Messi İspaniya klubunu satın alır  |     22:39 Yasamaldakı yanğına görə zərərçəkənlərdən üzr istədi - Məhkəmə  |    
Left Banner
Right Banner

Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı

25.11.2024 17:34 1 269
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bu gündən etibarən elektrik mühərrikli 160 ədəd avtobuslar müntəzəm marşrut xətti üzrə fəaliyyət göstərməyə başlayıb.

Bu barədə "BakuBus" MMC-nin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, COP29 tədbiri çərçivəsində istismara verilən bu avtobuslar artıq "BakuBus"ın marşrut xətlərində sərnişinlərin xidmətində olacaq.

Elektrik avtobuslarının istismarı üçün xüsusi olaraq müasir standartlara cavab verən qaraj infrastrukturu da yaradılıb. Qaraj sərnişinlərə yüksəkkeyfiyyətli xidmət göstərilməsi üçün bütün zəruri şəraitlə təmin olunub.

"Bu gündən etibarən 1, 5, 14, 21 və 88A nömrəli marşrut xətləri üzrə BYD markalı elektrik mühərrikli avtobuslar fəaliyyətə başlayıb. Bu avtobuslar müasir qarajdan xəttə buraxılır və sərnişinlərə xidmət göstərir.

Elektrik mühərrikli avtobuslar sıfır emissiya texnologiyası ilə təchiz edilib ki, bu da ətraf mühitin qorunmasına mühüm töhfə verir. Bununla yanaşı, avtobuslar sərnişinlərin komfort səviyyəsini artırmaq üçün ən son texnologiyalarla təmin olunub", - məlumatda qeyd olunub.скачать dle 11.3
Mojo.az Banner