Bakıda 59 yaşlı qadın qəzada ağır xəsarət aldı
"Report" xəbər verir ki, 1965-ci il təvəllüdlü Sevda Nazir qızı Eyvazova yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək və qapalı kəllə-beyin travmaları diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.