Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq

19.11.2024 18:10 720
Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
"Azərbaycanda onkoloji tibb xidmətləri ilə bağlı əlavə vəsaitlərin ayrılmasına dair yaxın zamanlarda təkliflər hazırlanacaq".

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi vacib məsələdir və hər il bu sahəyə 60 milyon manat ayrılır:

"Bundan əlavə, ehtiyat fondlarından da əlavə vəsaitlər ayrılır.

Onkoloji tibb xidmətləri hamımızı narahat edən məsələdir. Biz Səhiyyə Nazirliyi, İcbari Sığorta Bürosu, Milli Onkologiya Mərkəzi və Maliyyə Nazirliyi ilə birgə müzakirələr apararaq, bu xidmətlər üçün əlavə vəsaitlərin ayrılması yollarını araşdırmalıyıq. Yaxın zamanda müvafiq təkliflər hazırlanıb hökumətə təqdim ediləcək".скачать dle 11.3
Mojo.az Banner