Mojo.az Banner
11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Filipp Kirkorov axtarışa verildi

15.11.2024 11:19 2 577
Filipp Kirkorov axtarışa verildi
Rusiyanın Xalq artisti Filipp Kirkorov avtomobili sürətli sürmək sevgisinə və yol hərəkəti qaydalarına məhəl qoymadığına görə xoşagəlməz vəziyyətə düşüb.

Bu barədə Median.Az "SHOT" "Telegram" kanalına istinadən xəbər verir.

Məlumata görə, məhkəmə icraçıları müğənnini yol hərəkəti qaydalarını pozduğuna görə yığılmış və ödənilməmiş cərimələrlə bağlı axtarışa veriblər.

Bildirilib ki, 2023-cü ilin dekabrından başlayaraq, Kirkorov özünün dəbdəbəli "Rolls-Royce" avtomobilində 31 dəfə yol hərəkəti qaydalarını pozub. Çox vaxt rusiyalı pop ulduz sürət həddini aşıb, yol nişanlarının və xəttin tələblərinə məhəl qoymayıb və maşınını yanlış yerlərdə park edib. Bu pozuntular nəticəsində yığılmış cərimələrin məbləği 24 min rubla (400 manatdan çox - red.) çatıb.

Məhkəmə icraçıları Filipp Kirkorovun könüllü olaraq cərimələri ödəməsini gözləmədən ona qarşı icra tədbirinə başlamaq məcburiyyətində qalıblar. Bundan əlavə, müğənninin avtomobilinin qeydiyyat proseslərinə qadağa qoyulub, bu da o deməkdir ki, borc ödənilənə qədər avtomobili satmaq və ya yenidən qeydiyyatdan keçirmək mümkün deyil.скачать dle 11.3
Mojo.az Banner