Mojo.az Banner
23:44 Tural Abbaslı: “Bu gün gənclərə tərbiyəni nə məktəb, nə də universitet verir.”  |     23:03 Daha bir şəhidin nəşi 32 il sonra tapıldı  |     22:53 Məşhur cütlük evliliklərini göylərdə qeyd etdi  |     22:43 "Bəzi futbolçularla vidalaşacağıq" - Qurban Qurbanov  |     22:13 Eynək seçərkən diqqətli olun  |     22:08 “ChatGPT” pulunuza da nəzarət edəcək  |     21:59 Moskvaya uçan 20 dron vurulub  |     21:53 Bu şəxslərin kredit müddəti uzadıla bilər – Güzəştlər gözlənir  |     21:45 Ov qadağası balıq bazarına necə təsir edir? - Video  |     21:40 Məşhur avtomobil markası silah istehsalına başlayır?  |     21:32 Çox işləmək piylənməyə səbəb olur  |     21:25 Levandovski "Barselona"dan ayrılacağını açıqladı  |     21:20 Haqqında film çəkilən deputat vəfat etdi (FOTO)  |     21:14 Dövlət proqramında bu ixtisaslara üstünlük veriləcək  |     21:06 YouTube 18 yaşdan yuxarı bütün istifadəçilərə süni intellektlə deepfake aşkarlamasını açıq etdi  |     21:01 Ən çox görülən yuxular hansılardır? - Ekspertlər onların mənasını açıqladı  |     20:53 Türkiyə əleyhinə casusluq edən 7 nəfər həbs olundu  |     20:47 "Şamaxı" və "Qarabağ" qələbə qazanıb  |     20:39 Bolqarıstan Prezidenti WUF13-ün Liderlər Sammitində iştirak edəcək  |     20:34 Türkiyəyə dron düşdü  |    
Left Banner
Right Banner

YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb

13.11.2024 20:12 1 044
YAP və Çin Kommunist Partiyası əməkdaşlıq memorandumu imzalayıb
Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.

"Report" xəbər verir ki, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.

Nümayəndə heyətini salamlayan və ölkəsində görməkdən məmnunluğunu ifadə edən Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Bir-birinin maraqlarına hörmət edən, ərazi bütövlüyü və suverenliyini dəstəkləyən iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi, mədəni, humanitar, nəqliyyyat-logistika və digər sahələri əhatə etməklə çoxşaxəli xarakter daşıdığını bildirən L.Cyançao Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

2024-cü ilin iyul ayında Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpinin görüşünə diqqəti cəlb edən L.Cyançao iki dövlət arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin imzalanmasının işbirliyinin dərinləşdirilməsi baxımından önəmini qeyd edib. O, Azərbaycan ilə Çin arasında qlobal arenada, xüsusilə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hər iki ölkənin maraqlarının qorunması üçün müstəsna əhəmiyyət daşıdığını bildirib. L.Cyançao Çinin Azərbaycanın müxtəlif platformalarda, o cümlədən BRICS çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirməsinə dəstək verdiyini qeyd edib.

Çinin Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini təqdir etdiyini söyləyən Lyu Cyançao ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə əhəmiyyətli rolunu və dəyərli töhfələrini xüsusi vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu ifadə edib.

Qarşılıqlı səfərlərin səmərəli fikir və təcrübə mübadiləsi baxımından önəminə diqqəti cəlb edən L.Cyançao dövlətlər və partiyalar arasında hər bir təmasın əməkdaşlığın genişlənməsinə xidmət etdiyini vurğulayıb. O, Çin Kommunist Partiyasının geniş beynəlxalq əlaqələrə malik olduğunu və Yeni Azərbaycan Partiyası ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirib. Ötən il YAP nümayəndə heyətinin Çinə səfərini məmnunluqla xatırlayan Lyu Cyançao səfər çərçivəsində kifayət qədər əhəmiyyətli və məhsuldar görüşlərin keçirildiyini vurğulayaraq "Əminəm ki, YAP nümayəndə heyətinin ölkəmizə budəfəki səfəri də hərtərəfli əməkdaşlığa stimul verəcək. Xüsusilə də, partiyalarımız arasında əməkdaşlıq memorandumunun imzalanması yeni imkanlar və perspektivlər yaradır. Memorandumdan irəli gələn vəzifələrin yerinə yetirilməsi dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına, prioritetlərin reallaşdırılmasına – ortaq hədəflərin gerçəkləşməsinə xidmət edəcək”, - deyə vurğulayıb.

Lyu Cyançao YAP nümayəndə heyətinin İkinci Qlobal Cənub Beyin Mərkəzləri Dialoqunda iştirakının ortaq hədəflər naminə səmərəli müzakirələrin aparılması və gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından böyük önəm kəsb etdiyini vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner