Mojo.az Banner
15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |     12:50 400 min manatlıq dələduzluq edən bağça direktoruna HÖKM OXUNDU  |     12:48 2026-2027-ci illərin tədris planları təsdiqləndi - Hansı yeniliklər var?  |     12:39 Gələcəkdə pensiya olmayacaq – ŞOK PROQNOZ  |     12:35 Prezident bir qrup şəxsi "Tərəqqi" medalı ilə təltif etdi - SİYAHI  |     12:22 Azərbaycanda bu bələdiyyələrin ADLARI DƏYİŞİR  |     12:10 Gürcüstan Azərbaycana yeni səfir təyin etdi  |     12:09 Azərbaycanda abortların sayı ilə bağlı vahiməli statistika  |     12:08 Bakıda ağır avtoqəza - Ölən var  |     11:47 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı Daxili İşlər Nazirliyindən açıqlama  |     11:45 Sumqayıtda iki avtomobil toqquşub: Ölən və yaralanan var  |    
Mojo.az Avto
Mojo.az Avto

"Quseynoff" MMC-nin sahibi Emin Hüseynov yenidən GÜNDƏMƏ GƏLDİ - VİDEO

12.11.2024 20:51 5 652
“Quseynoff” MMC-nin sahibi Emin Hüseynov yenidən qalmaqallı bir mövzu ilə gündəmə gəlib.

İkinci Qarabağ müharibəsi iştirakçısı Orucov Mais Saleh oğlu Hüseynovla bağlı yeni iddialar səsləndirib. O, bildirib ki, Göygöl rayonunun Quşqara kəndində "Demonn" MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində bir müddət işləyib. Daha sonra onun sürücülük vəsiqəsi ilə öz maşınlarına ona sürmək üçün etibarnamə verilib:

"Kamerada açıb baxmaq olar ki, mən o maşınları sürməmişəm. Bir müddət keçdi, onun oradakı saxtakarlıqlarını gördükdən sonra işdən çıxdım. Daha sonra xəbərim oldu ki, mənim sürücülük vəsiqəmə 3 min cərimə gəlib. Amma maşını özü sürürdü. Zəng edib cəriməni ödəməsini xaiş etdim. Mənə dedi ki, "ödəmirəm, ged kimə deyitsən de". Emin Hüseynov saxta işlərlə məşğuldur, saxta araq düzəldir. O, məni Banditizmlə hədələdi. Dedi atanın yanına gedəcəm, özü də bizim qohumdur. Özünü qohumcanlı göstərir, guya bu xeyriyəçidir. Qohum çox istəyən oğlan öz qohumunu günə 15 manata fəhlə işlətməz".

Qeyd edək ki, bir neçə gün əvvəl daxil olan müraciət əsasında Göygöl rayonu, Quşqara kəndində yerləşən, “Demonn” MMC-yə məxsus alkoqollu içkilərin istehsalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Ajans.az-ın əldə etdiyi məlumata görə, baxış zamanı “Demonn” MMC-nin sifarişi əsasında satışı həyata keçirilən viski məhsulunun qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz olaraq fəaliyyət göstərən “Quseynoff” MMC-də istehsal edildiyi məlum olub.

“Quseynoff” MMC-nin direktoru izahatında viskini özü hazırladığını və mənşəyi, keyfiyyəti, təhlükəsizliyini təsdiq edən sənədlərinin olmadığını bildirib. Məhsulun etiketində heç bir əsas olmadan guya Şotlandiyada istehsal edilən viskilərin texnologiyasına uyğun olaraq istehsal edildiyi və palıd çəlləklərdə 12 il saxlandığı qeyd edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, “Organic River” və “Time Vodka” əmtəə nişanlı araq məhsullarının satışı dayandırılıb, “Quseynoff” əmtəə nişanlı viski məhsulunun satışı qadağan edilib və dövriyyədən çıxarılaraq müvafiq tədbirlər görülüb. İş üzrə toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyəti dövlət orqanına göndərilib.

Xatıladaq ki, 2019-cu ildə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsi ilə Vergilər Nazirliyinin 12 saylı Gəncə Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları Gəncə şəhəri, DOS 6, ev 49/3 ünvanında qanunsuz şəraitdə fəaliyyət göstərən alkoqollu içki istehsalı sexində birgə monitorinq həyata keçirib.

Müəyyən edilib ki, fiziki şəxs Hüseynov Emin Zahid oğluna məxsus müəssisədə kustar üsullarla, ev şəraitində, yerli və xarici ölkələrə məxsus əmtəə nişanları adı altında saxta alkoqollu içkilər istehsal edilir. Qanunsuz fəaliyyət göstərən sexdə ümumilikdə 189 ədəd satış məqsədi ilə qablaşdırılmış saxta içki aşkarlanıb. Bundan başqa, spirtli içki doldurulmasına hazır vəziyyətə gətirilən 1000-ə yaxın şüşə butulka və 400 litr həcmdə etil spirti müəyyən edilib. Baxış zamanı hazır məhsullardan nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsiliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Müəssisənin fəaliyyətinə məhdudiyyət qoyulub.скачать dle 11.3
Mojo.az Banner