Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb

05.11.2024 13:12 2 154
BMT-nin Baş katibi dini liderləri iqlim dəyişikliyi ilə mübarizə tədbirlərini təşviq etməyə çağırıb
"Dini liderlərin fəaliyyəti iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinin təşviqi və iqlim ədalətinin əldə edilməsi üçün vacibdir".

"Report" xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş COP29 çərçivəsində bu gün Bakıda keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" şüarı altında baş tutan Dini Liderlərin Qlobal Sammitinin iştirakçılarına videomüraciətində bildirib.

Onun sözlərinə görə, ekstremal temperaturlar, yanğınlar, quraqlıq və genişmiqyaslı daşqınlar heç bir ölkəyə aman vermir.

BMT-nin baş katibi ölkələrin qlobal istiləşməni 1,5 dərəcəyə qədər məhdudlaşdırmaq məqsədinə uyğun Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin hazırlamasına yönəlmiş tədbirlərin vacibliyini vurğulayıb:

"Bütün ölkələrin dəyişən planetə uyğunlaşmasına, dayanıqlı və bərpa olunan gələcəyə keçidə dair resurslara malik olmasını təmin etmək üçün ədalət vacibdir".

"Bura inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin əhəmiyyətli dərəcədə artırılması və təbii fəlakətlərdən ən çox zərər çəkən ölkələrə kömək etmək üçün yaxşı maliyyələşdirilən itki və zərərə cavab verən fondun yaradılması daxildir", - o bildirib.

Son xəbərlər