Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Rusiyada fırıldaqçılar ölən adamın hesabından pul oğurladılar

04.11.2024 16:54 831
Rusiyada fırıldaqçılar ölən adamın hesabından pul oğurladılar
Rusiyada fırıldaqçılar ölən adamın hesabından pul oğurladılar.

Median.Az
Baza Telegram kanalına istinadən xəbər verir ki, Moskvanın mərhum sakini olan rusiyalı Anatoliyin eSIM kartını bərpa edən dələduzlar onun hesabından 1,2 milyondan çox rubl oğurlayıblar.

Onun qohumları isə oğurluq hadisəsindən yalnız yarım il sonra xəbər tutublar.

Məlumata görə, Anatoliy 2024-cü ilin yazında vəfat edib. Pul oğurluğunu isə onun həyat yoldaşı aşkarlayıb. Onun sözlərinə görə, naməlum şəxslər mərhum ərinin kartından 1 271 700 rubl çıxarıblar. Qadın bankdan çıxarışları tələb edib və sənədlər sayəsində ərinin ölümündən bir həftə sonra naməlum şəxslərin eSIM vasitəsilə onun hesabına daxil ola bildiklərini öyrənib.

Dələduzlar Anatoliyin pasport məlumatlarını əldə edərək "Baumanskaya" metro stansiyasındakı rabitə salonuna gediblər və eSIM-in dublikatını rəsmiləşdiriblər, bu dublikat vasitəsilə də pulu çıxarıblar.

Son xəbərlər