Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Argentinada yüksək xərclərə görə pul çapı dayandırılıb

29.10.2024 19:18 1 236
Argentinada yüksək xərclərə görə pul çapı dayandırılıb
Argentina Mərkəzi Bankı yüksək qiymətə görə 1000 (0,98 ABŞ dolları) və 2000 (1,9 dollar) peso nominalında əskinasların çapından imtina edib.

Bu barədə Argentinanın “Nacion” nəşri məlumat yayıb.

Mərkəzi Bank milli zərbxana ilə əskinasların buraxılmasına dair mövcud müqaviləyə xitam verib. Onun işçiləri məcburi məzuniyyətə göndərilib.

Qəzetin mənbəsi bu qərarın ölkədə 1000 və 2000 peso əskinaslarının çapına çəkilən xərclərin yüksək olması ilə izah edib. Argentina daha böyük əskinaslara olan ehtiyacını Çindən tədarükü hesabına ödəyəcək.

Belə ki, ilin sonunadək Çində çap olunmuş nominal dəyəri 20 min peso (19,6 dollar) olan əskinaslar ölkəyə gələcək. Onların istehsalı Argentinaya daha ucuz baha başa gələcək.скачать dle 11.3
Mojo.az Banner