Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" | 18:05 Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu | 17:34 Qonşu həyətdən meyvə yığan kişi bədbəxt hadisədə öldü | 17:23 Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edildi - Foto | 17:06 Bakıda qadın "TikTok"da canlı yayımda öldü | 17:05 ABŞ, Rusiya və Ukrayna arasında danışıqları Moskva təsdiqlədi | 17:00 "Bitcoin"in qiyməti kəskin azalıb | 16:57 Novxanıdakı "milyonluq saray"ın sahibi Bəxtiyar Dalinin ittiham olunduğu maddələr bilindi | 16:56 Ramiz Mehdiyevin qızı: "Atam verdiyi qovluğu açanda stres keçirdim" | 16:53 Naxçıvanla bağlı yeni qərar: Kimlər aerportlarda VIP-dən istifadə edəcəklər? | 16:52 Prezidentdən Dövlət Ehtiyatları Agentliyi ilə bağlı fərman | 16:26 İlham Əliyev Səbuhi Sadıqova yüksək vəzifə verdi | 16:03 Şəmkirdə 13 il əvvəl qadının qətlinə görə tutulan şəxsdən xəbər var | 15:50 Səbinə Əliyeva yenidən Ombudsman seçildi (Yenilənib) | 15:45 Qış yaxınlaşdıqca soğan qiyməti bu qədər artacaq – AÇIQLAMA | 15:33 Lukaşenko: "Ukraynadakı müharibə yaxın aylarda bitəcək, hər kəs yorulub" | 14:34 Polis daha bir tiktokeri həbs etdi | 14:27 Vüqar Bayramov: "Bütün keçmiş məcburi köçkünlərə ev təklif ediləcək" | 14:07 İlham Əliyev panamalı həmkarına məktub göndərdi |
Mojo.az Avto
Mojo.az Avto

Daşkəsəndə yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI (YENİLƏNİB)

24.10.2024 15:36 861
Daşkəsəndə yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI (YENİLƏNİB)
Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az- bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov bu gün saat 05:45-də yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

* * * * *

Daşkəsən şəhərində yaşayış binasında partlayış olub.


"Report"un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov ağır yanıq xəsarətləri alıb.

Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılması planlaşdırılıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər