Mojo.az Banner
19:17 Nərimanov sakinləri su probleminə görə ayağa qalxdılar: Nə baş verir? - AÇIQLAMA  |     19:06 Azərbaycanda 11 modul tipli məktəb quraşdırılacaq  |     18:46 Bakıda yeniyetmənin ölümündə "Roblox" izi: Baş Prokurorluqdan AÇIQLAMA  |     18:06 Donuz və həşərat mənşəli aroma vericilər Azərbaycanda da qadağan edilə bilərmi?  |     17:59 Xeyli dərman və siqaretin ölkəyə gizli keçirilməsinin qarşısı alındı  |     17:44 Bakıda dəbdəbəli toyu olan bəyin atası GÖRÜN KİM İMİŞ - FOTO  |     17:21 Azərbaycan-Ukrayna arasında hökumət rabitəsi üzrə sazişə dəyişiklik edilir  |     17:11 Bakı metrosunda qatarlararası intervallar azaldılır  |     17:03 Əfvə düşən 74 yaşlı qadın yenidən hakim qarşısında - Yeddi il həbs istənildi  |     16:43 Məktəblərdə dərslərin başlama saatı dəyişdirilir? - Nazir açıqladı  |     16:17 Tanınmış həkimdən məktəblilərlə bağlı xəbərdarlıq: Bu əlamətlər varsa, uşağı məktəbə göndərməyin  |     16:01 İrandan Azərbaycana paraplanla 65 kq narkotik keçirmək istədilər  |     15:56 Vəkil olmaq istəyənlərin nəzərinə: Test mərhələsinə sənəd qəbulu başladı  |     15:40 Bilik Günü Azərbaycanda 34 dərəcə isti olacaq  |     15:33 Küləkli hava şəraitində işləyənlərin nəzərinə  |     15:27 İranın Baş prokuroru İlham Əliyevə təşəkkür edib  |     15:26 Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir  |     15:25 DTX rəisi Əli Nağıyev Çinə gedib  |     15:02 İlon Mask "Nvidia" superkompüterlərini kosmosa göndərməyi planlaşdırır  |     15:01 Bakıda qəza - 60 yaşlı qadın öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Kişi başqa qadınla telefonla danışdı, arvadı tutdu

24.10.2024 12:25 876
Kişi başqa qadınla telefonla danışdı, arvadı tutdu
Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İman Səfərov cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə 5 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Abşeron rayonu ərazisində qeydə alınıb.

Belə ki, İman Səfərov evdə olarkən həyat yoldaşı, zərərçəkmiş Günay Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə isə arvadının ona telefonla başqa qadınla ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirməsi olub. Bu zaman təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edib qəsdən əl, yumruq, təpik zərbələri ilə onun əl, qol, sifət, baş, kürək, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.

Daha sonra Günay Səfərova Daxili İşlər Nazirliyinin "102" xidmətinə zəng edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onlar barışıblar və qadın ərindən şikayətçi olmadığını bildirib.скачать dle 11.3
Mojo.az Banner