Mojo.az Banner
22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |     20:49 Ağdamda toyda dava: Xəsarət alan var  |     20:41 Bu ilin 8 ayında Azərbaycanda qeydiyyata alınmış işsizlər 247,7 min nəfər olub  |     20:35 Ərdoğan son dəfə namizəd olacaq - Seçki tarixi açıqlandı  |     20:27 Cəmi 4 gün iş olmayacaq - Bu tarixlərdə  |     20:22 Coni ad və soyadını dəyişib? - FOTO  |     20:14 Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA

19.10.2024 17:20 1 371
Bakıda su borusunun partlaması nəticəsində fərdi evdə yaranan təhlükəli vəziyyətlə bağlı AÇIQLAMA
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Xətai rayonu, Əhmədli qəsəbəsi, Şahin Səmədov küçəsində su borusunun partlaması nəticəsində fərdi yaşayış evində yaranmış təhlükə ilə bağlı məsələyə aydınlıq gətirib.

Bununla bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin nümayəndəsi Ceyhun Musaoğlu öz sosial şəbəkə hesabında açıqlama yayıb.

Onun sözlərinə görə, Xətai rayonu, Əhmədli qəsəbəsi, 4-cü Buta küçəsində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diametri 1200 və 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadratmetr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikinti norma və qaydalarının tələbləri pozulmaqla fərdi yaşayış evi tikilib:

"Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb".

O bildirib ki, hadisə oktyabrın 12-də baş verib:

"Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəlb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başlanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an uça bilər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.

Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istismarında olub.

2004-cü ildə "Azərsu" ASC yaradılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib.

İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğuların mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Xətai rayonu ərazisində kollektorların, magistral xətlərin üzərində yüzə yaxın ev tikilib. "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.

Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib".скачать dle 11.3
Mojo.az Banner