Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib

19.10.2024 14:32 1 377
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib
Avtomobili narkotik vasitənin təsiri altında idarə edən Astara sakini həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduğuna görə sürücü Hacımurad Yusifova Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "saxla" işarəsi verilib.

Avtomobili etibarnaməsiz və sürücülük vəsiqəsi olmadan idarə edən həmin şəxsin narkotik vasitə istifadə etdiyinə şübhə yarandığı üçün müvafiq müayinədən keçirilməsi təmin edilib. Nəticədə onun narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib və barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə H.Yusifov 15 gün müddətində inzibati qaydada həbs edilib.

Son xəbərlər