Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub

18.10.2024 20:22 945
Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub
Balakəndə ölümlə nəticələnən qəza baş verib.

"Report"un məlumatına görə, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə Allahverdi
Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub, daha sonra isə divara dəyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

Son xəbərlər