Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillər saxlanıldılar - VİDEO

16.10.2024 15:44 1 296
Atmosferə normadan artıq zərərli maddələr atan avtomobillər saxlanıldılar - VİDEO
Oktyabr ayının 1-dən respublika ərazisində həyata keçirilən "Təmiz hava" aylığı çərçivəsində nəzarət tədbirləri polis əməkdaşları tərəfindən davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, bu məqsədlə BDYPİ-nin Ekoloji Nəzarət Üzrə Yol Patrul Xidmətinin stasionar postunda növbəti tədbir həyata keçirilib.

Tədbir zamanı atmosferə normadan artıq zərərli maddələr atan avtomobillərin istismarının qarşının alınması ilə yanaşı, sürücülərlə, eləcə də sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərlə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Nasaz nəqliyyat vasitələrindən istifadənin ətraf mühitə, o cümlədən insanların həyat və sağlamlığına vurduğu zərər onların diqqətinə çatdırılıb.

Qeyd edək ki, ətraf mühitə atılan tullantılarda müəyyən edilmiş normadan artıq çirkləndirici maddələr olan avtomobillərin idarə edilməsinə və onların istismara buraxılmasına yol verən fiziki və hüquqi şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.скачать dle 11.3
Mojo.az Banner