Mojo.az Banner
18:27 Jurnalistləri daşıyan helikopter qəzaya uğradı - Ölənlər var  |     18:20 Messi vida matçı üçün Argentina millisinə çağırıldı  |     17:57 Ramiz Mehdiyevin işində onlar da dindirilib  |     17:43 Cəlilabadda polis əməliyyat keçirdi: Saxlanılan var - FOTO  |     17:16 Badamdarda PARTLAYIŞ: Xəsarət alan var  |     17:01 Makiyaj edən məktəbli müzakirələrə səbəb oldu: "Altı dərs boş-boş oturduq" - VİDEO  |     16:56 Xaricdən sifariş verənlər bunu bilməlidir: Gömrük qaydaları dəyişdi  |     16:54 Azərbaycanda hərbi rütbələrin verilməsi qaydasına dəyişiklik edilir  |     16:53 Bakı Qızlar Universitetinin bütün tələbələri köçürüldülər  |     16:51 İcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ  |     15:16 Hikmət Hacıyev: "Azərbaycan və BƏƏ strateji tərəfdaşdır"  |     15:11 "Kurtlar Vadisi Pusu" ilə bağlı istintaq başladı  |     15:01 Meyxanaçılar arasında insident: Balaəli həmkarına BUTULKA ATDI - VİDEO  |     15:00 Xiyar turşusundan milçək çıxdı: AQTA araşdırmaya başladı  |     14:30 ADMİU-nun birinci kurs tələbələri ilə bağlı təhdid videosu yayıldı - ARAŞDIRMA BAŞLADI  |     14:22 Azərbaycanda internet bahalaşır - minimum tarif bu qədər olacaq  |     14:14 “Tiktok”er "Əhdi" və dostu ilə bağlı qərar verildi  |     14:12 "Formula-1"in 2027-ci il təqvimi açıqlandı: Bakı yarışı nə vaxt keçiriləcək? - FOTO  |     14:05 Nazir müavininin əmisioğluna hökm oxundu - YARIMÇIQ QALAN DƏLƏDUZLUQ  |     12:59 Qəbələdə avtomobilin vurduğu kişi xəstəxanada öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Çox sayda moped cərimə meydançasına aparıldı - BDYPİ-dən REAKSİYA (VİDEO)

15.10.2024 12:47 1 515
Çox sayda moped cərimə meydançasına aparıldı - BDYPİ-dən REAKSİYA (VİDEO)
Nömrəsiz və sənədləri qaydasında olmayan mopedlərin cərimə meydançasından görüntüləri yayılıb.

Bu barədə kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən mopedlər xüsusi mühafizə olunan duracaqlarda saxlanılır:

"Hazırda həmin duracaqlardakı mopedlər İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsinin tələblərini pozan mopedlərdir. Bəziləri mopedləri sürücülük vəsiqəsi olmadan və ya spirtli içkinin təsiri altında normativ tələbləri pozaraq idarə edirlər. Bu hal kobud qayda pozuntusu hesab olunur, ona görə də, mopedlər dövlət yol polisi əməkdaşları tərəfindən saxlanılaraq xüsusi mühafizə olunan duracağa yerləşdirilir".

E.Hacıyev onu da vurğulayıb ki, sürücülərin idarə etdikləri mopedlərin mühərrikinin işçi həcmi 50 kub santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bu tip nəqliyyat vasitələri mütləq şəkildə dövlət qeydiyyatından keçməli, onun daimi uçotu aparılmalıdır. Nəqliyyat vasitəsi qeydiyyatdan keçmədikdə və dövlət qeydiyyat nişanı vurulmadıqda moped duracağa aparılır.

Həmin görüntüləri təqdim edirik:
скачать dle 11.3



Mojo.az Banner