Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan çempionu dörd illik idmandan uzaqlaşdırıldı - SƏBƏB

14.10.2024 13:41 1 842
Azərbaycan çempionu dörd illik idmandan uzaqlaşdırıldı - SƏBƏB
Hündürlüyə tullanma üzrə Azərbaycan çempionu Yusif Abdullayev 4 illik diskvalifikasiya olunub.

Bu barədə Azərbaycan Milli AntiDopinq Agentliyi məlumat yayıb.

İdmançının diskvalifikasiya olunmasına səbəb idmançının antidopinq qaydalarını pozması olub.

O, nümunə toplanmasından yayınma, imtina və ya nümunəni təqdim etməməyə görə cəzalandırılıb. Atletin cəzası sentyabrın 11-dən qüvvəyə minib və 2028-ci il sentyabrın 10-da bitəcək.

Qeyd edək ki, Y.Abdullayev bu ilin mayında hündürlüyə tullanma üzrə Azərbaycan çempionu olub.

Son xəbərlər