Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Toya gedən müğənni və prodüseri qəzaya düşdü - FOTO

12.10.2024 16:58 870
Toya gedən müğənni və prodüseri qəzaya düşdü - FOTO
Ucar rayonuna toya gedən müğənni və prodüseri Hacıqabul ərazisində qəzaya düşüb.

Median.Az
APA-ya istinadən bildirir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Muğan qəsəbəsinin ərazisindən keçən hissəsində qeydə alınıb.

Müğənni Bakı sakini, 1991-ci il təvəllüdlü Şəlalə Əlisar qızı Yağız idarə etdiyi "KİA" markalı avtomobili yoldan çıxararaq aşırıb.

Nəticədə sürücü və avtomobildə olan prodüser müxtəlif dərəcəli xəsarətlərlə Şirvan xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, müğənni və onun prodüseri Ucar rayonuna toy şənliyində iştirak etmək üçün gedirlərmiş.

Faktla bağlı araşdırma aparılır.


Son xəbərlər