Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Dörd cüdoçumuz "Böyük Dəbilqə" turnirində mübarizəyə start verəcək

12.10.2024 13:59 1 491
Dörd cüdoçumuz
Bu gün Azərbaycanın daha dörd cüdoçusu Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən "Böyük Dəbilqə"də mübarizəyə başlayacaq.

Rəşid Məmmədəliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq) tatamiyə çıxacaqlar.

Azərbaycan turnirdə 14 idmançı ilə təmsil olunur. Ötən gün yarışa başlayan altı cüdoçudan yalnız Acelya Toprak (57 kq) bürünc medal əldə edib.

Qeyd edək ki, "Böyük Dəbilqə" oktyabrın 13-də başa çatacaq.

Son xəbərlər