Mojo.az Banner
20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |     18:43 Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru  |     18:37 Qanunsuz saxlanılan 16 tüfəng aşkarlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanının adı verilib

12.10.2024 13:36 1 779
Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanının adı verilib
Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.

Bu barədə AZƏRTAC-a Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsindən bildirilib.

Qeyd edilib ki, qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin Bələdiyyə Məclisinin qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı "Qurtuluş" prospektinin adı "İbad Hüseynov" olaraq dəyişdirilib.

Prospektin rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcək.

Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.
скачать dle 11.3
Mojo.az Banner