Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

"Yuventus" klubunun baş direktoru Pol Poqbanın gələcəyini açıqladı

10.10.2024 18:45 1 467
"Yuventus"un baş direktoru Mauritsio Skanavino yarımmüdafiəçi Pol Poqbanın klubdan ayrılacağını təsdiqləyib.

Klubun baş direktoru məsələ ilə bağlı açıqlamasında fransalı futbolçunun yanvar ayında komanda ilə yollarını ayıracağını bildirib.

Qeyd edək ki, Pol Poqbanın 2023-cü il sentyabrın 11-də A Seriyasının I turunda "Udineze" ilə matçdan sonra dopinq testi müsbət nəticələnib. Futbolçu məhz bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilmişdi. Daha sonra isə Poqbanın cəzası 18 aya endirilmişdi.

Son xəbərlər