Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik - VİDEO

09.10.2024 18:53 1 527
Zaxarova: Ermənistanın MDB XİNŞ-də sənədlərdən birini imzalamaqdan imtina etməsinin səbəbini bilmirik - VİDEO
Ermənistan oktyabrın 7-də Moskvada MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında qəbul edilmiş “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” bəyanatın layihəsinin hazırlanmasında iştirak etsə də, sonradan sənədi imzalamayıb.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “News.ru”nun sualını cavablandırarkən deyib.

Onun sözlərinə görə, İrəvan mətnlə bağlı təkliflər versə də, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yekun sənədi imzalamayıb.

"Mənə elə gəlir ki, o, niyə belə etdiyini sizə özü desə, daha yaxşı olar", - M.Zaxarova qeyd edib.
//report

Son xəbərlər