Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda bu şirkətin “zapravka”larının 50 faizi bağlandı

08.10.2024 22:21 1 092
Azərbaycanda bu şirkətin “zapravka”larının 50 faizi bağlandı
"MSDIS Holding”ə məxsus "MS Oil” yanacaqdoldurma məntəqələrinin (YDM) daha bir qismi bağlanıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkətin fəaliyyətini dayandıran YDM-lərinin sayı 6-ya çatıb.

Belə ki, "MS Oil”in fəaliyyətini dayandıran YDM-ləri aşağıdakılardır:

- Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

- Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt yolunun 12-ci kilometrliyi;

- Koroğlu Rəhimov küçəsi 65;

- Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi 8;

- Bakı şəhəri, Salyan şosesi 13 km;

- Abşeron rayonu, Müşviqabad qəsəbəsi, Bakı-Şamaxı yolu.

Məlumata görə, şirkət qeyd olunan ünvanlarda yerləşən yanacaqdoldurma məntəqələrini "SOCAR”a icarəyə verib. Artıq həmin ünvanların bəzilərində "SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb, digərlərində isə hazırda təmir-dizayn-quraşdırma işləri aparılır.

Əvvəllər "MS Oil”in Bakı və regionlarda benzin, dizel və qaz yanacağının satışını həyata keçirən 12 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərib. "MS Oil” fəaliyyətini hazırda aşağıdakı ünvanlar üzrə cəmi altı filialda davam etdirir:

- Xırdalan şəhəri;

- Sabunçu rayonu, Zabrat qəsəbəsi;

- Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi;

- Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi;

- İsmayıllı rayonu, Nizami Gəncəvi;

- Siyəzən rayonu, Bakı-Quba yolu.

Xatırladaq ki, "MSDIS Holding” inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding "MS Sement" sement istehsalı, "MS Kabel" kabel istehsalı, "MS Asfalt" asfalt istehsalı, daş və qum-çınqıl yatağı ilə məşğul olan "MS Karyer" müəssisələrinə, eləcə də "MS Laminat” şirkətinə və "MS Oil" yanacaq doldurma məntəqələrinə sahibdir. "MSDIS Holding” bir müddət əvvəl nizamnamə kapitalını kəskin azaldaraq 2 572 000 manatdan 500 manata endirib.

"MSDIS Holding” MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.

Son xəbərlər